BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
54547

Dövlət İmtahan Mərkəzi tərəfindən tələbə qəbulunun nəticələri açıqlanandan sonra universitetlərə qəbul ola bilməyən abituriyentlər xarici ölkələrdə xüsusilə Türkiyə və Ukraynanın universitetlərində attestatla təhsil almaq üçün müxtəlif yollar axtarırlar. Bu zaman isə ortaya xarici ölkələrin universitetlərində təhsil vədləri verən şirkətlər girir. Onlar abituriyent və onların valideynlərinə müxtəlif təkliflər təqdim edir. Lakin bu şirkətlərin təklif etdiyi universitetlərin diplomunun Azərbaycanda tanınması ilə bağlı problem yaranır. Şirkətlər isə məsuliyyətdən yayınırlar. 

Dövlət qurumları bu məsələ ilə bağlı tez-tez xəbərdarlıq edir. 

Bir neçə gün öncə Təhsildə Keyfiyyət Təminatı Agentliyi bununla bağlı yenidən məlumat yaydı. Yayılan məlumatda qeyd olunub ki, xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımırlar.

Onların təklif etdiyi universitetlərin diplomu tanınmayacaqsa, ölkədə kifayət qədər çox fəaliyyət göstərən xaricdə təhsil şirkətlərini nə gözləyir? Vətəndaşlar bu şirkətlərlə əməkdaşlıq edərkən nəyə diqqət etməlidir? 

Valyuta.az mövzunu təhsil mütəxəssisi Qoşqar Məhərrəmov ilə müzakirə edib. 

Qoşqar Məhərrəmov bildirib ki, burda məsuliyyət şirkətlərlə bərabər xarici ölkədə təhsil almaq istəyən abituriyent və onların valideynlərinin də üzərinə düşür:

"Bu məsələ ilə bağlı vətəndaşların ayıq-sayıq olması çox vacibdir. Onlar belə şirkətləri seçərkən "Tiktok"da, "Instagram"da yayılan videolarla qərar almamalıdır. Təhsil kimi önəmli bir məsələni sadəcə sosial şəbəkədə gördükləri bir video ilə tanıdıqları təhsil şirkətinə etibar etməməlidir. Valideyn, abituriyent Təhsildə Keyfiyyət Agentliyinin saytına girib baxmalıdır ki, təhsil şirkətinin mənə təklif etdiyi universiteti mənim dövlətim tanıyırmı və ya həmin şirkətlərin təklif etdiyi universitet fəaliyyət göstərdiyi ölkə tərəfindən rəsmi olaraq tanınırmı və s. Ancaq bəzən elə olur ki, abituriyent, onların valideyni bu məsələlərə diqqət etmir, bəzən İKT savadsızlığı olur, ya həyəcanlandığı üçün bunlara diqqət etmədiklərindən "bircə universitet olsun" niyyəti ilə hər detal şirkətə həvalə edilir".

Mütəxəssis Təhsildə Keyfiyyət Təminatı Agentliyinin diplomları tanımaq üçün diqqət etdiyi məqamları sadalayıb:

"Məsələn, deyir ki, qəbul olduğum universiteti tanıdım, ancaq mənə hansı dildə təhsil alırsansa, o dili biliyini göstərməlisən. Sən bunu məzun olub qayıdandan sonra mənə isbatlamalısan. Lazım olarsa, tələbəyə ixtisası ilə də bağlı suallar verilir. Bundan başqa, onun pasportuna baxıb əyani təhsil müddətində hansı ölkədə olduğunu müəyyənləşdirə bilər. Çünki pasport xarici ölkədə təhsil aldığını sübut edən sənədlərdən biridir. Əgər universitet agentliyin siyahısında varsa, bütün bu yoxlamadan sonra həmin şəxslərin diplomunu təsdiqlənə bilər". 

"Bəs bu halda xaricdə təhsil şirkətlərini nə gözləyir" sualına cavab olaraq mütəxəssis qeyd edib ki, xaricdə təhsli şirkətlərini heç nə gözləmir. Onlar şəxsi təşəbbüslə qurulmuş şirkətlərdir:

"Burda nəticə tələb və ərz məsələsidir. Yəni, artıq seçim diqqəti tələbənin üzərinə düşür. Şirkət müştərini savadsız görərkən düşünür ki, ona nə istəsəm sata bilərəm. Ona görə də müştəri savadlı olmalıdır ki, aldığı məhsulun dəyərini və keyfiyyətini araşdıra bilsin. Yaxud, hazırda universitetdə təhsil alanlar həmin təhsil ocağının Azərbaycan dövləti tərəfindən tanınması ilə bağlı araşdırma aparmalıdır. Bu diplomların ölkəmiz tərəfindən tanınmadığını görsələr, bu zaman orda təhsili dayandırmalıdır".
 
Qoşqar Məhərrəmov son olaraq vurğulayıb ki, əhali arasında internet, oxu, yazı, normal media savadlılığı artmadığı müddətdə bu cür şirkətlərin fəaliyyəti də davam edəcək:

"Çünki bu şirkətlər heç nə bilməyən, dünyadan xəbəri olmayan, "Google"da araşdırma apara bilməyən insanlardan pul qazanır. Ona görə də düşünürəm ki, hələ uzun müddət bu şirkətlər fəaliyyətini davam edəcək".

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin