Gənclərimiz niyə Azərbaycanda oxumaq istəmirlər? (AÇIQLAMA)
"Ali məktəblərə qəbul ixtisaslaşma qrupları üzrə aparıldığından yüksək bal toplayan abituriyentlərdən bəziləri kənarda qalıb".
Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli universitetlərdə boş qalan yerlərin səbəblərindən danışarkən deyib.
Ekspert bildirib ki, Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrinə görə 600-dən yuxarı bal toplayan iki nəfər və ümumilikdə isə 400-500-dən yuxarı bal toplayan bir neçə nəfər ali məktəbə qəbul olmayıb:
"Bunu səbəbi belədir. Abituriyent qarşısına hədəf qoyur və özünə bir peşəni seçir. Onlar digər peşəni seçmədiyindən nəticədə bütün ali məktəblərdən kənarda qalıblar. Bundan əlavə 400-500-dən yuxarı bal toplayıb kənarda qalanlara onların təəssüflər olsun seçmək üçün şans verilən 16 ixtisasla bağlı sıralamanı düzgün apara bilməyiblər. Bəziləri də sırf ixtisasa görə ali məktəbdən kənarda qalıb. Onlar əmək bazarında özlərini harada görürlərsə məhz həmin yerləri hədəf götürürlər və əlavə ixtisas yazmırlar".
Ekspert bildirib ki, DİM-in ali məktəblərə qəbulu qruplar üzrə aparması yüksək bal toplayan gəncləri ali məktəbdən qoyur:
"Təəssüflər olsun 150 bal toplayan abituriyentlər də kənarda qalırlar. Onlar müəyyən ixtisasları istəmirlər, xaricə üz tuturlar. Onlar üçün xaricdə şərait var, Azərbaycanda 2-6 min manat arasında olan təhsil haqqı orada 700-1500 manat arasındadır. DİM-in bəyənib qəbul etmədiyi abituriyentlər xarici ölkədə oxuyub, yüksək ixtisas alıb Azərbaycana dönür. Onlar Azərbaycanda yüksək vəzifə tuturlar".
Qeyd edək ki, qəbul imtahanlarının nəticələrindən sonra ən çox boş qalan universitetlərin siyahısı açıqlanıb. Məlumata görə, I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay