Azərbaycanda güclü zəlzələ gözlənilirmi? - Seysmoloqdan açıqlama

Redaktor

05.08.2024 11:20
513

Azərbaycanda güclü zəlzələ gözlənilirmi? - Seysmoloqdan açıqlama

“Bu ilin əvvəlində verdiyim müsahibələrində qeyd etmişdim ki, 2024- cü il seysmik və tektonik baxımından mürəkkəb il olacaq. Yəni mütəmadi olaraq, tez- tez hiss olunan zəlzələlər baş verəcək. Biz bunu ilin altı ayı ərzində müşahidə etdik. Talış zonasında zəlzələ baş verdi. Sözügedən zonada mütəmadi olaraq zəlzələlər baş verir. Təbii ki, seysmoloq kimi hesablamalarıma, təhlilimə görə bu İranda baş verən seysmik ocaqlarda olan zəlzələlərin nəticəsi, təsiri idi”.

Bunu referans.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib.

O bildirib ki, Xəzər dənizində bir neçə hiss olunan təkanlar qeydə alınıb:

“Ümumiyyətlə, bir neçə növ zəlzələlər var: Hiss olunmayan, hiss olunan, güclü, dağıdıcı, katostrafik. Hiss olunmayan zəlzələlər hər gün baş verir. İstər il seysmik və tektonik baxımından aktiv olsun, istər olmasın. Bu il Azərbaycan ərazisində hiss olunan zəlzələlərin baş verməsi istisna deyil”.

Müsahib qeyd edib ki, hiss olunan zəlzələ dedikdə, maqnitudası 4.5 - 5.5 civarında olan zəlzələ nəzərdə tutulur. Mütəmadi olaraq bu il hiss olunan zəlzələlərin baş verməsinə şahid olacağıq.

“Azərbaycanda seysmik aktiv zonalara Oğuz, Quba, Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Kiçik Qafqazın Şimal yamacı, Gəncə və Şəmkir ətrafı, Aran və Kür çökəkliyi hissəsi aiddir. Qarabağ zonası da seysmoaktiv zonaya aiddir. Burada Şuşa ocağı var, Laçın, İstisu, Kəlbəcər sesysmik avtiv zonalardır. Ən mürəkkəb seysmik zonalardan biri Xəzər dənizidir. Burada bir neçə tektonik qırılmalar mövcuddur. Xəzər ətrafında müxtəlif enerjili seysmik ocaqlar mövcuddur. Təbii ki, bunlar bir-birinin başlanmasında təkan rolunu oynayır. Xəzər dənizində zəlzələ müşahidə edəcəyik, Aran zonasında zəlzələlər baş verə bilər. Çünki Talışda olan zəlzələ tektonik-seysmik bloku daha da aktivləşdirə bilər. Şamaxı-İsmayıllı zonası heç cür istisna deyil”, - deyərək seysmoloq fikirlərinə əlavələr edib.

Qulam Babayev zəlzələ zamanı insanların davranacaqlarına diqqət çəkib və maarifləndirici məsləhətlər verib: “Zəlzələ təkanları baş verəndə insanlar təşvişə düşməsinlər, pəncərə ətrafından uzaq olsunlar. Əgər çoxmərtəbəli binada yaşayırlarsa, liftdən istifadə etməsinlər. Qapını tez açsınlar. Çünki zəlzələ zamanı bina deformasiyaya uğraya, qapı kilidlənə bilər. Təkanların gücünü hiss edən zaman stolun altında gizlənmək lazımdır. Dağıdıcı zəlzələnin baş verməsi mümkün deyil, amma, hiss olunan zəlzələlər, yəni 4.5-5.5 ballıq zəlzələlər istisna deyil”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...