BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
48052

Dövlət və özəl universitetlərdə təhsil alan tələbələrin təhsil xərcləri fərqlənir. Ümumiyyətlə, tələbələrin təhsil müddətində xərcləri müxtəlif nüanslara görə dəyişə bilir. Təhsil haqqı olub-olmaması, təqaüd alıb-almaması, kirayədə, yoxsa öz evində qalması, əyləncə və s. məsələlərə görə tələbələrin xərcləri arasında fərq olur. Kirayədə qalan və ödənişli əsaslarla təhsil alan orta statisik Azərbaycan tələbəsinin orta illik xərcləri nə qədər olur? Normal təhsil almaq, normal şəraitdə yaşamaq, təhsil müddətində özünü inkişafa vəsait ayırmaq və s. üçün bir ildə nə qədər vəsait lazım gəlir?

Bu barədə Valyuta.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil eksperti Elmin Nuri deyir ki, Bakıda orta təhsil haqqı olan universitetlərdə oxumaq üçün bir tələbə illik minimum 15 min manat arasında xərc çəkir: “Azərbaycanda ödənişli təhsil alan tələbə üçün minimum ildə 15 min manat lazımdır. Mən hətta bunu 15-18 min manat arası götürərdim. Bura təhsil haqqı, yaşam xərcləri, təhsil, özünüinkişaf, əyləncə və s. xərclər daxildir. Bu qiyməti orta təhsilhaqqı olan universitetlər üçün dedim. Elə universitetlər var ki, onların illik ödənişi 6 000-6 500 manatdır. Təbii ki, belə olduğu halda, məbləğ artır”.

E.Nurinin sözlərinə görə, rəqəmlər Azərbaycanda təhsilin xaricdə təhsildən heç də ucuz başa gəlmədiyini deyir: “Bəzən gənclər xaricdə təhsil almaq istədiklərini deyəndə, valideynlər bildirirlər ki, xaricdə təhsil almaq, yaşamaq bahalıdır. Rəqəmlər isə göstərir ki, Bakıda da təhsil almaq ucuz deyil. Regiondan Bakıya oxumağa gələn bir tələbənin illik xərcləri 15-18 min manat arasında dəyişirsə, bu, orta statistik Azərbaycan ailəsi üçün az məbləğ deyil. Təbii ki, biz İngiltərədə oxuyan tələbənin yaşam xərci, təhsil haqqı ilə özümüzü müqayisə edə bilmərik. Amma bu gün bizim tələbələrin də 4 il ərzində çəkdiyi xərclər elə də az deyil”.

Ekspert deyir ki, Azərbaycanda təhsildə tələbələrin xərcini artıran əsas məsələlərdən biri universitet yataqxanalarının yox səviyyəsində olmasıdır: 

“Universitetlərimizin çoxunun yataqxana şəraiti yoxdur. Ən yaxşı halda yalnız 3 faiz tələbəsini yataqxana ilə təmin edə bilir. Bu 3 faizin də böyük hissəsi xarici tələbələrdir. Yataqxana problemi həll olsa, tələbələrin aylıq xərcləri xeyli azalmış olar”.

E.Nuri tələbələrin xərclərinin azaldılması ilə bağlı bəzi addımların atılmasının mümkün olduğunu vurğulayıb: 

“Bununla bağlı bəzi addımlar atmaq olar. Bunlardan biri də ən uğurlu layihələrdən olan Təhsil Tələbə Krediti Fondunun yaradılmasıdır. Bu fond olmasaydı, bir çox tələbələr bugünkü 4 illik təhsil xərclərinin qarşısında dayana bilməzdi. Bu Fond sayəsində tələbə illik təhsil haqqının 20%-ni ilkin olaraq ödəyir, digər 80%-i də Fond tərəfindən ödənilir. Tələbə bu ödənişi universiteti bitirəndən sonra 20 il müddətində geri qaytarır. Bu cür layihələrin sayı artmalı, tələbələrə güzəştlər nəzərdə tutulmalıdır. Dünyanın bir çox yerlərində tələbə kartları vasitəsilə, tələbələrə nəqliyyatda müəyyən güzəştlər nəzərdə tutulur, muzeylərdə, kinoteatrlarda ödənişsiz giriş təmin olunur. Bizdə də tələbə kartlarına xüsusi endirim tətbiq olunmalıdır”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin