“Bu sahədə insanların maarifləndirilməsinə ehtiyac var” – Ekspert
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil deyib ki, bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 konfransında tullantıların azaldılması üzrə öhdəliklərə dair cəsarətli qərarlar qəbul edilməlidir.
Hazırda dünyada daha çox yayqın olan tullantıların çeşitlənməsi bir neçə ildir ki, Azərbaycanda da yaradılıb. İnsanları bərk tullantıların idarə olunması ilə bağlı necə maarifləndirmək, bu istiqamətdə hansı işlər görmək
Bununla bağlı Valyuta.az-a danışan ətraf məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, bərk tullantıların idarə olunması ilə bağlı Azərbaycanda hələ də ciddi problemlər mövcuddur:
“Bu problemlər isə daha çox bizim rayon və kəndlərimizi əhatə edir. Elə rayonlarımız var ki, ümumiyyətlə orada tullantıların nəinki çeşidlənməsi, heç toplanması haqqında da kifayət qədər fəaliyyətlər yoxdur. Bu, xüsusi ilə dağ kəndlərinə aiddir. Ona görə də yerli əhali bu tullantıları necə və hara gəldi atırlar.
Bu dağlardakı biomüxtəlifliyə mənfi təsir edir, dağ ərazilərinin estetik dəyərlərini zərbə altına qoyur, bundan əlavə dağlıq ərazilərdə dayanıqlı inkişafı ləngidən əsas amilə çevrilir.Bəzən bu tullantılar meşələrdə toplanaraq yanğınlara səbəb olur. Hesab edirəm ki, COP 29-da hansısa qərar olacaqsa, bu, qlobal miqyasa aid olacaq. Amma bizim regionlar üçün çox spesifik planlar həyata keçirilməlidir. Tullantıların toplanması, çeşidlənməsi, emal edilməsi istiqamətində çox ciddi işlərin görülməsinə ehtiyac var”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay