BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
44730

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana 167 ölkədən 341 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 46,7 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Məlumata görə, gələnlərin 26,8 %-i Rusiya, 19,9 %-i Türkiyə, 9,8 %-i İran, 6,9 %-i Hindistan, 4,8 %-i Gürcüstan, 3,4 %-i Səudiyyə Ərəbistanı, hər birindən 2,7 %-i olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qazaxıstan və Pakistan, 2,1 %-i Küveyt, 1,8 %-i Özbəkistan, 1,5 %-i Türkmənistan, hər birindən 1,3 % olmaqla Oman və Ukrayna, 1,1 %-i Belarus vətəndaşları təşkil edib. 

Bu açıqlamadan göründüyü kimi, artıq neçə ildir ki, Azərbaycana gələn turistlər arasında bu sahəyə daha çox önəm verən avropalı turistlər azlıq təşkil edirlər. 

Valyuta.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Azərbaycana gələn avropalı turistlərin az olmasının səbəbini onların nisbətən aşağı xərcli turizm sahələrinə meylli olmaları ilə əlaqələndirdi:

“Hər bir bölgənin öz spesifik xüsusiyyətləri var. Avropalı turistlər daha çox təbiət turizmilə yanaşı büdcə turizmi deyilən nisbətən aşağı xərcli turizm sahəsinə daha çox meylli olur. Başqa bir məsələ viza və hava nəqliyyatına əlçatanlıq məsələsidir. Avropadan olan turistlər asan səyahət edilən nominasiyalara üstünlük verir. Onlar mədəni-tarixi zənginliyə xüsusi diqqət yetirirlər. Avropalı turist nəqliyyat istiqamətində xərcə o qədər də çox meylli deyil.     

Xərclərini daha çox gecələmə, iaşə xidmətləri, mədəni tədbirlərə yönəldirlər. Deməli, hava nəqliyyatı sahəsində əlçatanlığı artırmalıyıq ki, avropalı turistlərin ölkəmizə daha çox axınına nail olunsun”. 

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gömrük Komitəsi “Az Firma”nı nədə ittiham edir?

Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirindən narahatdır

"Merd Petrol"dan maddi ziyan tələb edilir

Avropa Rusiya qazı ilə bağlı qaz problemini necə həll etdi?

Sement zavodu məhkəmə qarşısında

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

İtaliya-Rusiya Ticarət Palatası malların rublla ödənişini dayandırdı

DİM yayda keçiriləcək imtahanların vaxtını dəyişdi - SƏBƏB

Bakıda 30 dərəcə isti olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin