BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
44720

“Ölkədə istehsal edilən kərə yağı ilə bağlı xammalın əhəmiyyətli hissəsi xaricdən gəlir”.

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli kərə yağının qiymətindən danışarkən deyib. Onun sözlərinə görə, ölkədə kifayət qədər inək, camış saxlanılmır:

“Ötən illə müqayisədə kərə yağının qiymətində ucuzlaşma var. Həm kərə yağında, həm də duru yağlarda biz bunu müşahidə edirik. Düzdür, 2019-cu ilin qiymətlərində ciddi yüksəliş var, amma 2020-2021-ci il qiymətlərinə baxanda bir eniş də var”.

Xalid Kərimli bildirib ki, kərə yağının ölkədə istehsalı onun qiymətinin ucuzlaşması anlamına gəlmir:

“Təlabat var deyə idxalın həcmində ciddi artım var. Daxili istehsalda da bir eniş var. Bu onu göstərir ki, əhalinin kərə yağına təlabatı artıb. Təlabatın artması idxalın hesabına əldə olunub. Yerli istehsal isə bu artan təlabatın qarşısında əvvəlki illərlə müqayisədə payı daralıb”. 

Xalid Kərimli əlavə edib ki, bazarda məhsul çox olarsa qiymətlər əlçatan olacaq:

“Təklif həm yerli istehsal, həm də idxal hesabına da ola bilər. Təklif tələbi üstələyəndə qiymətlər daha yaxşı formalaşır. Məhsulun qiyməti formalaşan zaman onun xərcləri, maya dəyəri də əhəmiyyət təşkil edir”.

Qeyd edək ki, Azərbaycanda kərə yağı istehsalı idxalı 42% üstələyib. 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 15,6 milyon dollar dəyərində 2968 ton kərə yağı idxal edilib.

Aylin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gömrük Komitəsi “Az Firma”nı nədə ittiham edir?

Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirindən narahatdır

"Merd Petrol"dan maddi ziyan tələb edilir

Avropa Rusiya qazı ilə bağlı qaz problemini necə həll etdi?

Sement zavodu məhkəmə qarşısında

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

İtaliya-Rusiya Ticarət Palatası malların rublla ödənişini dayandırdı

DİM yayda keçiriləcək imtahanların vaxtını dəyişdi - SƏBƏB

Bakıda 30 dərəcə isti olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin