İxrac həcminin 49 faiz artmasında hansı məhsulların rolu olub?
Dövlət Gömrük Komitəsinin aylıq hesabatında göstərilir ki, cari ilin ilk iki ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 7 milyard 226 milyon 608.75 min ABŞ dolları həcmində olub.
Cari ildəki dövriyyənin 4 milyard 779 milyon 971,07 min dolları ixracın, 2 milyard 446 milyon 637.68 min dolları isə idxalı üzərinə düşür.
Bu da onu göstərir ki, 2 ay ərzində ixracın həcmi 2 milyard 333 milyon 333,39 min dollar və ya 48,82 faiz artıb.
Görəsən, ixracın həcminin 49 faiz artmasında hansı məhsulların rolu olub?
Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, Azərbaycanın ixrac həcminin 49 faiz artmasında hələ də əvvəlki tək karbohidrogen ehtiyatları əsas rol oynayır:
“İxrac həcminin artması arzuolunan göstəricidir. İxracın idxaldan çox olması sabitliyin gödtəricisidir. Artıq Azərbaycan postneft dövrünə qədəm qoyub. Neft hasilatında azalmalar var. Hökumət bununla yanaşı karbohidrogen ehtiyatlarının hasilatının sabitləşməsi istiqamətində addımlar atır. İxracatımızda hələ də karbohidrogen ehtiyatlarının həcmi kifayət qədərdir. Amma faktiki olaraq profisitlə davam edirik. Nəzərə alaq ki, bazarda neftin qiyməti orta dəhlizdə üfiqi olaraq dalğalanır”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay