BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
44714

 “Rusiyada neft bazalarında baş verən ard-arda partlayışların fonunda dünya bazarlarında xam neftin defisiti yarana bilər”. 

Bu sözləri Valyuta.az-a Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban son günlər Rusiyada neft ayırma zavodlarında, bazalarında baş verən hadisələri və nəticələrini şərh edərkən bildirb.

İlham Şaban deyir ki, Qərbdə istəmirlər ki, bununla bağlı cəmiyyətlərdə narahatlıq formalaşsın: “Onlar istəmir ki, cəmiyyət düşünsün ki, Ukraynaya yeni silahlar verilir, onlarda Rusiyanın bu obyektlərini vurur. Bu silahların pulunu isə biz veririk. Ona görə də Qərb mətbuatında  məlumatlar çox azdır. Amma buna baxmayaraq   gördük ki, ötən həftə iki gün dalbadal hərraclarda “Brent”markalı neftin qiyməti 85 dolları keçdi. Bazar isə sabitlik, sakitlik, hasilatı nəql edən və istehlakçı arasında formalaşmış münasibətlərdə özünü komfort hiss edir. Əks halda isə bazarda həyəcan, inamsızlıq olur və bu da özünü qiymətlərdə göstərir”.

Bu bazalara hücumu da şərh edən həmsöhbətimiz bidirib ki, Rusiyanın neft bazalarına hücum son bir həftə ərzində intensivləşdi:

“Martın 12-dən neftayırma zavodlarına dron hücumları oldu. Əgər biz əvvəl cəbhəxəttindən çox da uzaq olmayan ərazilərdə- Rastov, Krasnodar vilayətlərində olan zavodlara hücum edildiyini görürdüksə ki, bu zavodlar da böyük deyildilər, lakin sonradan özünün təsir dairəsinə görə Rusiyanındaha böyükvə  müxtəlif bölgələrində, tamamilə fərqli coğrafi məkanlarda neftayırma zavodlarına hücumlar oldu. Bu hücumların, əsasən ayın 13, 14, 16, 17-də oldu ki, mən bunu da Rusiyada keçirilən seçkilərlə əlaqəli olduğunu hesab edirəm. Çünki həmin tarixlərdə məhz ağıllı və düşünülmüş şəkildə neftin ilkin emalı qurğularına hücumlar təşkil edilirdi”.

İlham Şaban əlavə edib ki, Bloomberg Agentliyinin hesablamasına görə Rusiyanın neft emalının təqribən 10 faizi sıradan çıxarılıb:

“Doğrudur, bu müxtəlif səviyyələrdədir, yəni bir zavodda daha çoxdur, birində daha azdır. Nəticə olaraq isə hücum zamanı təcrübə qazanılır. Bu praktika gələcəkdə də davam etsə, Rusiyanın beşdə bir potensialı sıradan çıxa bilər. Belə bir hadisə istənilən ölkədə baş verərsə, həmin ölkə neftayırmaya göndərdiyi nefti xarici bazarda satır, nəticə etibarı ilə işləyən quyuların dayanmır. Ancaq indi Rusiyaya qarşı sanksiyaların sərtləşdirildiyi dövrdə görürük ki, Rusiyaya Hindistana əvvəlki səviyyədə xam neft satışı həyata keçirə bilmir. Rusiyanın coğrafi məkanı isə elədir ki, neft çox soyuq bölgələrdə- Qərbi və Şərqi Sibirdə, Artik bölgələrdə çıxır. Bu ərazilərdə də quyuların konservansiya edilməsi və sonradan işə salınması nəinki hasilat həcmlərinə təsir edir, bunun üçün də əlavə zaman alır. Məsələn, İraqda və ya Səudiyyə Ərəbistnaında bir həftə ərzində konservansiya edilmiş quyunu əvvəlki vəziyyətinə gətirmək olarsa, Rusiyada isə buna 3 ay lazımdır”. 

Davud
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirindən narahatdır

"Merd Petrol"dan maddi ziyan tələb edilir

Avropa Rusiya qazı ilə bağlı qaz problemini necə həll etdi?

Sement zavodu məhkəmə qarşısında

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

İtaliya-Rusiya Ticarət Palatası malların rublla ödənişini dayandırdı

DİM yayda keçiriləcək imtahanların vaxtını dəyişdi - SƏBƏB

Bakıda 30 dərəcə isti olacaq

Rusiyada qalan Qərb bankları 2023-cü ildə nə qədər vergi ödəyib?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin