BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
44707

“Balçılığın inkişaf etməməsinin əsas səbəbi yem bazasının zəif olmasıdır”.

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli deyib. O, bildirib ki, bal istehsalının az olmasını hava şəraiti ilə əlaqələndirirlər:

“Necə olur qonşu ölkələrdə - İran, Türkiyə, Rusiyada bal istehsalı yüksəkdir, amma bizə gələndə zəif? Rusiya Azərbaycanın bal bazarını ələ keçirib, ildə iki dəfə yarmarka keçirib, ucuz qiymətə bal satır. Qonşu İranda balın satış qiyməti bizə nisbətdə 5 dəfə ucuzdur. Türkiyədə isə 30% ucuzdur. Niyə?”.

Vahid Məhərrəmli bu sahənin inkişafının möhkəm yem bazasından keçdiyini qeyd edib:

“Bunun üçün bitkiçiliyi inkişaf etdirmək lazımdır. Arı balı havadan deyil, bitkidən alır. O bitkilər ki, arı balı həmin bitkinin çiçəyindən alır. Belə olan halda möhkəm yem bazası olacaq. Arılar xəstəliyə tutulmayacaq, uzaq məsafəyə uçmayacaq, məhsuldarlıq çox olacaq. Bundan sonra məhsulun maya dəyəri də aşağı düşəcək. Bütün bunlar olarsa, Azərbaycanda balın qiyməti enəcək”. 

Ekspert Azərbaycanda bu sahə ilə məşğul olan fermerlərin əziyyət çəkdiyini vurğulayıb:

“Fermerlər mövsüm boyu bir neçə dəfə yerini dəyişir. Bu rayondan o rayona, o rayondan bu dağa arı ailələrini daşıyırlar. Sonda yaxşı nəticə götürmürlər. Bu da onların xərclərini artırır, məhsuldarlıq aşağı düşür. Arı xəstələnir və zərərvericilər də asanlıqla onları məhv edir”.

Qeyd edək ki, statistik məlumatlara görə, 2023-cü ildə arı ailələrinin sayı 9,0 faiz, bal istehsalı 38,9 faiz, mum istehsalı 0,8 faiz, vərəmum istehsalı 22,0 faiz, güləm istehsalı 62,0 faiz, arı südü istehsalı 25,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,5 faiz azalıb.

Aylin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gömrük Komitəsi “Az Firma”nı nədə ittiham edir?

Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirindən narahatdır

"Merd Petrol"dan maddi ziyan tələb edilir

Avropa Rusiya qazı ilə bağlı qaz problemini necə həll etdi?

Sement zavodu məhkəmə qarşısında

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

İtaliya-Rusiya Ticarət Palatası malların rublla ödənişini dayandırdı

DİM yayda keçiriləcək imtahanların vaxtını dəyişdi - SƏBƏB

Bakıda 30 dərəcə isti olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin