BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
41134

Ötən bir neçə il ərzində Xəzər dənizində suyun səviyyəsi 50 sm azalıb. Bunu İranın Su Tədqiqatları İnstitutunun rəhbəri Məhəmməd Rza Kavyanpur deyib.

M.Kavyanpurun sözlərinə görə, nəticədə Xəzər dənizinin 190 milyard kubmetr suyu məhv olub.

O əlavə edib ki, Xəzər dənizində su səviyyəsinin azalmasının əsas səbəbi iqlim dəyişikliyi nəticəsində mövcud olan istilikdir.

Xəzərin səviyyəsinin azalması, suyunun məhv olması, Xəzər dənizi və region üçün təhlükədən xəbər verirmi?

Valyuta.az-a bu haqda danışan ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyib ki, Xəzər dənizinin suyunun azalmasının çox saylı fəsadları var:

“İlk növbədə bu, naviqasiya problemlərinə səbəb olur, gəmilərin hərəkətinə problem yaradır. Azərbaycan Ələt limanında gəmilərin sahilə yaxınlaşması üçün xüsusi kanal qazılıb, əks halda gəmilər sahilə yaxınlaşa bilməzdi. Zirə limanında da eyni problem müşahidə olunmaqdadır. Rusiyada isə bu problem daha dərindir. Həştərxan limanında gəmilərin sahilə yan alması çox çətinləşib, ona görə də Rusiya öz gəmilərinin əksəriyyətini Mahaçqala limanına gətirib. Hazırda bununla bağlı Qazaxıstanda da eyni çətinliklər müşahidə edilir. Xəzər dənizinin səviyyəsinin azalması, onun mərkəzi və şimal hissəsində böyük dayazlıqların yaranmasına səbəb olur ki,  bu da naviqasiya problemlərini çətinləşdirir”. 

Ekspert deyib ki, iqlim dəyişmələri ilə Xəzər dənizinin suyunun azalması, tempraturunun artması ilə müşahidə olunur. Tempraturun artması nəticəsində suda olan oksigenin səviyyəsi azalır, bu isə dənizin ekoloji mühitinə, bioloji sərvətlərinə çox ciddi ziyan vurur:

“Bu da dənizdə yaşayan məməli heyvanlar olan suitilərin həyat şəraitini xeyli çətinləşdirir. Dənizdə yaşayan balıqların sayı isə azalıb. Çünki həll edilmiş oksigen olmadan balıqların yaşayışı çətinləşir. Bundan əlavə dənizə tökülən çayların sululuğunun azalması balıqların dənizdən çaylara miqrasiya etməsini çətinləşdirir.Bu da kürütökmə yerlərinin tamamilə sıradan çıxmasına səbəb olur”. 

Davud
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin