BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
32594

İxtisas seçiminə zaman keçdikcə daha çox ciddi yanaşma görürük. Hətta bir qisim şəxs qəbul olduğu ixtisasa görə universitetdən imtina edir. Lakin Türkiyədə həyata keçirilən araşdırmaya əsasən universitet məzunlarının 38 faizi öz ixtisasları üzrə çalışmır. Ümumiyyətlə, elə təcrübədə də görürük ki, oxuduğu ixtisas üzrə çalışmayanlar kifayət qədərdir. Sual yaranır: qəbul olduğumuz ixtisasa görə universitetdən imtina etməyə dəyərmi?

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov valyuta.az-a açıqlamasında bildirdi ki, müasir dövrdə universiteti bitirən şəxslərin öz sahələri üzrə çalışmaması normal haldır: “Aldığımız təhsilin aktuallığı, diplomumuzun son istifadə tarixi çox qısadır. Buna görə də ən önəmli bacarıq əvvəl öyrəndiklərimizi unudub yeni şeylər öyrənməyə hazır olmaq, ömür boyu öyrənən olaraq qala bilməkdir. Çünki bir çox peşə sahibi universitetdə öyrəndiklərini məzun olduqdan sonra müəyyən bir zaman istifadə edib. Daha sonra ortaya yeni məsələlər çıxıb və onları öyrənmək ehtiyacı yaranıb. Bunu ya kurslarla, ya şəxsən, ya da xüsusi müəllimlər vasitəsilə öyrənib. Belə olan halda insanlar tez-tez peşə dəyişirlər. 5-10 ildən bir insanlar həyatında yeni səhifələr açmaq istəyirlərr. Həm də elə bir dövrdə yaşayırıq ki, insanlar özlərini müxtəlif sahələrdə sınamaq istəyirlər, bundan zövq alırlar. Buna görə, universiteti bitirən gənclərin öz ixtisasları üzrə çalışmaması çox normaldır”.

Q.Məhərrəmov qeyd etdi ki, təkcə Türkiyədə yox, Azərbaycanda da ali təhsil sənayenin və digər sahələrin ehtiyacını qarşılaya bilmir: “Sənayedən uzaqlaşmış ali təhsil müəssisələri çoxdur. Bu səbəbdən şəxs məzun olduqdan sonra əmək bazarında özünə iş tapa bilməyəndə, bitirdiyi ixtisasa deyil, başqa sahəyə yönəlir. Məsələn, Azərbaycandakı jurnalistlərin heç də hamısının jurnalistika ixtisasından məzun olmadığını görərik. Satış və marketinq işi ilə məzun olanlara nəzər salsaq, həmçinin onların da heç də hamısı marketinq və ya satış yönümlü ixtisaslardan məzun deyillər. Biznes adamlarının da heç də hamısı biznesin idarə edilməsi və ya bənzər ixtisasların məzunu deyil. Bunlara bənzər çox misallar göstərmək olar. Bu məsələ dünyanın bir çox ölkəsində bu cürdür. Ölkəmiz də bu məsələdə istisna deyil. Buna görə də ən əsas məsələ artıq təhsil termininə çevrilən “Ömür boyu öyrənən” ola bilməkdir”.

Sonda müsahibimiz sevdiyimiz ixtisasda oxumağın önəmini vurğuladı: “Əgər bir şagird bir ixtisası sevirsə və ona qəbul ola bilməyibsə, bu zaman o sevdiyi ixtisasa qəbul olmaq üçün yenidən universitetə hazırlaşmalıdır. Çünki peşə insanın ailəsi kimidir. Gərək peşəni sevəsən. Ancaq yenidən hazırlaşmağa imkan yoxdursa, bu zaman qəbul olduğu ixtisasda müəyyən müddət oxuyub ixtisasını dəyişə bilər. Unutmaq olmaz ki, bizim həyatımızda daha çox rol oynayacaq universitet deyil, bizim ixtisasımızdır. Ümumiyyətlə, heç kim sevmədiyi ixtisasda oxumağa məcbur edilməməlidir”.

Qarakişi Vəlizadə 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin