BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
32587

Bir çox insan məktəblərdə keçirilən dərslərin keyfiyyətindən razı deyil. Bu narazılığın səbəbi repetitor yanına getməyən əksər abituriyentlərin qəbul imtahanında yüksək olmayan nəticə göstərməsidir. Buna görə də, əksər valideynlər müəyyən sinifdən sonra övladlarının məktəb tapşırıqlarından çox, repetitorun verdiyi tapşırıqlara əməl etməsini üstün tuturlar. Hətta belə fikirlər var ki, repetitor hazırlığı olmasa, universitetlərə qəbulda bu qədər yüksək nəticə olmaz. Maraqlı sualdır, repetitor hazırlığı olmasa, necə olar?

Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri valyuta.az-a açıqlamasında bildirdi ki, “Repetitorluq fəaliyyəti olmasa, Azərbaycan təhsili pis vəziyyətə düşər” yanaşması yanlışdır: “Azərbaycan təhsilini məhv edən səbəblərdən biri də repetitorluq fəaliyyətidir. Təbii ki bizim təhsildə də, tədris prosesində də, təhsilin idarə olunmasında da müəyyən problemlər var. Məktəblərdə, bağçalarda da problemlər var. Yenə də bu, o demək deyil ki, repetitorluq olmasa, insanlar ali təhsil müəssələrinə qəbul ola bilməyəcəklər, qəbul göstəriciləri zəif olacaq. Ümumiyyətlə, bizdə hazırda tətbiq olunan test sistemi dünyanın bir çox ölkəsində mövcud deyil. Əslində, test sisteminə ehtiyac belə yoxdur. Qəbul meyarları, standartları dəyişməlidir”.
Mütəxəssis qeyd etdi ki, repetitorluq fəaliyyəti dünyanın bir çox ölkəsində mövcuddur, lakin onlar əsas təhsil ocağına, yəni məktəbə yardım xarakteri daşıyır: “Bizdə isə bu xidmət məktəbi sıradan çıxarmaq, yalnız özü var olmaq prinsipinə əsaslanıb. Bu proses uzun illərdir davam edir. Bütün bunlara görə  repetitorluqla məktəbin inkişafını gözləmək absurddur”.

E.Nurinin sözlərinə görə, problemin kökü Azərbaycan orta təhsil müəssisələrinin tədris proqramı ilə, universitetlərə qəbul imtahanı proqramı arasında uyğunsuzluq olmasındadır: “Dövlət İmtahan Mərkəzi (DİM) özünün ayrı qəbul proqramını hazırlayır, suallar tamam başqa format və məzmunda olur. Əsasən situativ, analitik yanaşma tələb edən suallar hazırlanır. Orta məktəb dərslikləri isə bu proqrama cavab vermir. DİM proqramın məktəb dərslikləri əsasında hazırlandığını deyir, ancaq aralarında fərq çoxdur. Bu səbəbdən Azərbaycan təhsilinin istiqamətini DİM-in təşkil etdiyi qəbul proqramı müəyyən edir. Repetitorlar qəbul proqramı ilə uzlaşmağa, onun əsasında dərs keçməyə məcburdurlar, əks halda göstəricisi də olmaz. Bütün bunların nəticəsində məktəb institutu sıradan çıxır. Proqramlar arasında bu uyğunsuzluq problemi repetitor səviyyəsinə gələnə kimi Elm və Təhsil Nazirliyi və DİM-də həll olunmalıdır. Repetitor bu məsələdə ikinci dərəcəli təqsirkardır”.

Mütəxəssis əlavə etdi ki, məktəbdəki tədris prosesi qəbul proqramına uyğun həyata keçirilsə, repetitorluq fəaliyyətinə ehtiyac da qalmaz: “Problemin kökü repetitorluq deyil. Repetitorluq sadəcə bu problemi inkişaf etdirən və şəbəkələşdirən sistemdir. Repetitorluğun ölkədə intellektual aura yaratmaması üçün müəyyən addımlar atılmalıdır. Deyirlər ki, repetitorlara göstərdiyi fəaliyyətə görə vergi tətbiq olunmalıdır və s. Bu, çıxış yolu deyil”.

E.Nuri sonda bildirdi ki, repetitor fəaliyyəti ilə məşğul olan müəllimlərin məktəbi unutmamaları üçün onların üzərinə məsuliyyət qoyulmalıdır: “Repetitorlar elə fəaliyyət göstərməlidirlər ki, bu, məktəbin fəaliyyətinə təsir göstərməsin. Məktəblərin bir çoxunda ən yaxşı müəllimlər öz dərs saatlarına xilaf çıxırlar. Həmin dərs saatlarının kəmiyyət və keyfiyyətini öldürürlər. Çünki onlara daha çox gəlir gətirən repetitorluq fəaliyyəti ilə məşğul olurlar. Eyni gündə həm məktəbdə, həm də repetitor kimi dərs keçmək çətin məsələdir. Nəticə həmin müəllim məktəbi unudur. Düzdür, həmin müəllimlərin gəliri yüksək, universitetə qəbul göstəriciləri yaxşı olur. Ancaq təhsilimiz adına bu müəllimi itiririk. Bu cür müəllimlərin sayı minlərlədir”.

Qarakişi Vəlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin