BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
32416

Bu yaxınlarda Macarıstanda keçirilən 35-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatıb. Azərbaycandan 4 iştirakçı ilə olimpiadaya qatılsa da, cəmi bir şagirdimiz - Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydən Fuad Qarayev bürünc medal qazanıb.

Halbuki, 2020-ci ildə Azərbaycan 3 bürünc, 2021-ci ildə isə 2 bürünc medala layiq görülüb. 2022-ci ildə isə cari ildə olduğu kimi, cəmi 1 bürünc medal ala bilmişik. Buradan göründüyü kimi, nəticələr ildə-ilə zəifləyir. 

Son olimpiadada qonşu ölkələrin əldə etdikləri nəticələr isə daha yüksəkdir. Ermənistan bu yarışda 3 bürünc, Gürcüstan isə 1 gümüş və 3 bürünc medal qazanıb.

Təhsil eksperti Kamran Əsədov Valyuta.az-a açıqlamasında informatika üzrə beynəlxalq olimpiadalarda əldə edilən nəticələrin zəif olmasını sözügedən fənnə diqqətin azalması ilə əlaqələndirib:

“Təəssüf ki, hazırda ölkədə informatika fənninin tədrisində ciddi problemlər var. Əvvəlki illərdə yalnız fərdi fəaliyyət nəticəsində sözügedən olimpiadada kifayət qədər uğurlu nəticələr əldə etmişik. Son iki ildə ölkədə daha çox diqqət fizika, kimya, biologiya fənlərinə ayrılıb. Ona görə də informatika fənnilə bağlı beynəlxalq olimpiadalarda uğurlu nəticələrimiz azalıb”. 

Həmsöhbətimiz problemin həlli üçün xüsusi qrant layihələrin təşkilini vacib bilir:

“Bu qrant layihələri də informatika fənni üzrə nəticələrin yüksəldilməsinə yönəldilməlidir. Ona görə də informatika fənninin orta məktəblərdə keyfiyyətli tədrisinə nail olmalıyıq. Eyni zamanda, beynəlxalq olimpiadalarla bağlı xüsusi qrant layihələri vacibdir. Yaxşı olar ki, müasir dövrün tələblərinə uyğun olaraq informatika liseyləri də yaradılsın”.

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin