Verilməyən ƏDV kimin cibinə axır?
"Bütün mağaza, marketlərdə, Mallarda alınan məhsulların çeki alıcıya təqdim olunmalıdır".
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov verilməyən ƏDV-nin kimin cibinə getməsindən danışarkən deyib.
Vəkil bildirib ki, alıcıya təqdim olunmayan ƏDV-li çeklər ya inzibatçı, ya da kassirlər tərəfindən mənimsənilir:
“Əgər alıcı həmin çekləri götürmürsə, deməli qarşı tərəf bundan istifadə edə bilər. Faktiki olaraq alıcı həmin vaxt özünün pulunu “lazım deyil, qoy cibinə” deyə kassirə bağışlayır. Kassir bundan sonra rahatca alıcının ƏDV-sini yükləyə bilər. Kimsə çeki götürmürsə, bu o deməkdir onu kassirə bağışlayır. Prinsipcə bu prosesdə qanunsuz heç nə yoxdur. Amma burada bir qanunsuzluq var, o da kassirin alıcıya “çek lazımdırmı” sualını verməsidir. Kassir bu sualı vermədən çeki alıcıya verməlidir”.
Əkrəm Həsənov qeyd edib ki, ƏDV çeklərinin yüklənməsi prosesində əhalinin üzləşdiyi problemlərdən biri də “artıq bundan istifadə olunub” mesajının gəlməsi hallarıdır:
“Güman ki, çekin bir nüxsəsi onlarda qalır. Bu ümumiyyətlə oğurluqdur. Belə halda onların barəsində şikayət etmək lazımdır. Biri var ki, mən özüm çeki götürmədim, biri də var çeki götürmüşəm. Götürmüşəmsə artıq ondan heç kəs istifadə edə bilməz”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay