BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8397
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1407
30207

“Hazırda Azərbaycanda ət və ət məhsullarının qiymətində elə də ciddi bahalaşma yoxdur. Əsasən cavan quzu ətinin nisbi bahalaşması müşahidə olunur. Hazırda quzu ətinin kiloqramı 17-18 manata satılır ki, bu da mart ayında formalaşmış qiymətlərdir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, yaşlı heyvanların qiymətində bir qədər ucuzlaşma nəzərə çarpır:

Qurban bayramı günlərində də elə ciddi bahalaşmanın müşahidə edilmədiyini deyən ekspert, qiymət artımının əsasən mövsümlə bağlı olduğunu diqqətə çatdırıb: 

“Həmin mövsümdə ətin qiymətinin qalxması təbiidir. Ona görə ki, ət istehsalının maya dəyərində ciddi artımlar var. Bunun da kompensasiya edilməsi üçün ətin satış qiymətində artımın baş verməsi təbiidir. Digər tərəfdən isə ölkədə ət istehsalı getdikcə azalır və buna müvafiq olaraq təklif aşağı düşür ki, bu, bahalaşmanın baş verməsini labüd edir. Bununla belə, iyul-avqust aylarında qiymət artımının olacağına inanmıram və bunun əsasən sentyabr ayından sonra olacağını düşünürəm. Çünki, həmin dövrdə ətə tələbat artacaq”. 

Qiymətlərin müəyyən dövr ərzində qalxacağını deyən A.Nəsirli vurğulayıb ki, yanvar ayına qədər ətin bir kiloqramının qiyməti təxminən 20 manata qədər bahalaşacaq:

“Yanvardan sonra bahalaşma davam edəcək və ətin bir kiloqramının satış qiyməti 20 manatdan yuxarı olacaq. Bu da onunla bağlıdır ki, ölkədə ət istehsalı və örüş yerləri azalır, ot bahalaşır. Ot sahələrinin böyük hissəsi pambıq və taxıl istehsalçılarının istifadəsinə verilib. Bu da maldarlıq və ət istehsalı ilə məşğul olan fermerlərin sayının, eləcə də ət istehsalının həcminin azalmasına böyük təsir göstərir. İstehsalın həcminin azalması isə bahalaşmaya və ətin maya dəyərinin artmasına səbəb olur. Əgər ət istehsalı artsa, qiymətdə də ucuzlaşma baş verəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ləğv prosesində olan “Günaybank” ASC-nin qorunan əmanətçilərinin diqqətinə

2024-cü ildə kim daha çox işləyir? – 10 ölkə üzrə orta iş saatları

Xaricdən şokalad alışı artıb – Qiyməti nə qədər bahalaşıb?

Bəzi banklarda kreditlərin həcmi kəskin azalıb - SİYAHI

Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 %-dən çox artıb

Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 %-dən çox artıb

Sabah yağış yağacaq, dolu düşəcək

Maaşının çoxunu geyimə xərcləyənlər - Necə səhv edirlər?

Ən çox mikro sahibkarlıq subyektləri hansı bölgədə fəaliyyət göstərir? – Rəqəmlər

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu yüksəldib

Apreldə 3,4 mindən çox şəxsə pensiya təyinatı aparılıb

Mayın 20-də lisey və gimnaziyalara ərizə qəbulu başlayacaq

“Mütəmadi olaraq işçilər psixoloji diaqnostikadan keçməlidir” – Bu, şirkətlər üçün niyə lazımdır?

Yenidən qurulan Xankəndi-Şuşa-Laçın yolu mövcud yoldan 9.2 km qısa olacaq

Saxta mesajlar göndərərək kart məlumatlarınızı almaq istəyirlər – DİN-dən xəbərdarlıq

Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıb

Növbəti dörd il üçün planlar və bütün yeni "Apple" məhsulları açıqlandı

Şəkər və qənd istehsalı 40 faizə yaxın azalıb

"2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 22 %-dən çox artıb

Zakir Nuriyev: “Azərbaycanda fintex strategiyası hazırlanır”

Azərbaycanda birinci rübdə internet bankçılıq üzrə əməliyyatların həcmi 59 milyard manatı ötüb

İşdən çıxarılmısınız? – Yeni qapıları açmaq üçün 4 qayda

Bitcoin və Etherium ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Broyler şirkəti səhmdarlara dividend ödəyəcək

Azərbaycanda istehsal, idxal və ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb

Nazir idarə rəisi olan keçmiş prokuroru vəzifəsindən azad etdi

Türk lirəsi ucuzlaşdı - Məzənnə

Bəzi rayonlara yağış, Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin