BAKU Azərbaycan
10.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
27226
"Azərbaycanda istehsal olunmayan istəlinən mallar üzrə heç bir gömrük yığımı və məhdudiyyəti olmamalıdır".
 
Bunu Qaynarinfo-ya vəkil Əkrəm Həsənov Dövlət Gömrük Komitəsinin İstanbul-Bakı aviareysi ilə gələn vətəndaşı saxlanılması və ona məxsus şəxsi əşyaların fotolarının sosial səhifə hesablarında paylaşılmasının hüquqi yollarını izah edərkən deyib. O bildirib ki, Dövlət Gömrük Komitəsi həmin şəxi Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli təsdiq etdiyi qaydalara görə saxlayıb:
 
"Qaydaların adı belədir: birinci şəxs tərəfindən istehsal, yaxud kammersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları. Həmin qaydanın 1.5-ci bəndində deyilir ki, fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi sadə və istehlak məqsədi üçün keçirildiyi yəqinləşdirilməklə fiziki şəxs özünün və ailə üzvlərinin istifadəsi və istehlak məqsədi üçün 2 ədəd eyni və ya eyni cinsli malları vergi orqanına bəyan etməməklə gətirə bilər. Amma burada bir əlavə var ki, həmin qaydanın 1.2-ci bəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində bunu edə bilər. Həmin hədd nədir? Birbaşa yazır ki, hər ay ərzində bir dəfə gətirilən ümumu gömrük dəyəri 800 dollar dəyərindən artıq olmayan. Şəxs özünə və ailə ailə üzvünə hər şeydən iki dənə gətirə bilər, amma ay ərzində 800 dolları ötməməlidir. Burada bir istisna var, deyir ki, səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyaları... Qanunla bu məsələdə gömrük orqanı haqlıdır. Beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi hədd isə 300 dollardır. Deyir, sən nə istəsən gətir, amma ay ərzində qoyulan məhdudiyyəti keçməmək şərti ilə”.
 
Belə qanunvericilik ölkəyə lazımdırmı? Bunu nə üçün ediblər?
 
 
Əkrəm Həsənov deyir ki, bu qayda gömrük orqanları üçün korrupsiya mənbəyidir:
 
"Gömrük orqanı istəsə, vətəndaşdan rüşvət alıb onun mallarını buraxacaq. Çünki orada heç bir kontrol yoxdur. Bu qaydanın olması birbaşa korrupsiyaya yol açır. 800 dollar hansı qiymətlə ölçüləcək? Sahibkarlar da bilir ki, xaricdən hansısa əşyanı alıb gətirəndə yoxlama zamanı prosedur malın qiyməti ilə tənzimlənməlidir. Amma gömrük deyir ki, bizdə həmin malın öz qiyməti var. Bunu hardan götürüblər? Böyük ehtimalla onlar bunu adi vətəndaşlara da aid edir. Məsələn, bir adam xaricdən 50 avroya saat alıb. Amma bunlar deyir yox, bunun qiyməti 200 avrodur”.
 
Əkrəm Həsənovun fikirincə, bu prosesdə ən vacib məqam odur ki, Azərbaycanda istehsal olunmayan malın xarici ölkədən gətirilməsinə məhdudiyyət qoyulmamalıdır:
 
"Bütün dünyada bir sistem var. Gömrük məhdudiyyətləri ona görədir ki, yerli istehsalçıya kömək edilsin. Bizim vətəndaşların xaricdən alıb gətirdiyi mallar Azərbaycanda istehsl olunmur. Buna niyə gömrük rüsumu, məhdudiyyətlər olmalıdır? Məqsəd nədir? Vətəndaş pul verib xaricə bilet alıb qayıdanda da özünə nəsə alır, onun niyə hesabatını verməlidir? Bunun heç bir ağlabatan izahı yoxdur. Bir izahı var ki, dövlət büdcəsini doldurmaq. Amma bu doldurmaq da son nəticədə bazarda qiymətlərin artımına aparır”.
 
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin İstanbul-Bakı aviareysi ilə gələn vətəndaşın əl yüklərinin fotolarının sosial səhifə hesablarında paylaşılması ictimaiyyətdə böyük narazılıq yaradıb. Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn vətəndaş Heydər Əliyev Beynəlxalq Hava Limanının "CİP” zalında saxlanılıb və ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən xeyli miqdarda müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd "Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub.
 
Bundan sonra Gömrük Komitəsi vətəndaşın əl yükündə olan əşyalarının fotolarını sosial səhifə hesablarında paylaşıb. Hadisənin ictimaiyyətdə narazılıq yaratdığını görən Dövlət Gömrük Komitəsi məsələyə sosial səhifə hesabında münasibət bildirib:
 
"Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən şəxsi istehlak üçün hər bir şəxs Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə, ümumi gömrük dəyəri 800 ABŞ dolları ekvivalenti məbləğində mal gətirə bilər. Həmin məbləğdən artıq olduqda isə məhsullar mütləq şəkildə gömrük orqanına bəyan olunmalıdır”.
 
Vəkil Elçin Sadıqov isə bildirib ki, Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən, şəxsi və yaxın qohumların istifadəsi üçün gətirilən mallar dəyərindən və miqdarından asılı olmayaraq gömrük rüsumlarından azaddırlar.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin