BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
20762

“Bu gün hökumətinin əsas məqsədi daxili bazarı xarici təsirlərdən qorumaqla zəruri ərzaq məhsullarının təminatının və qiymətlərin sabitliyini təmin etmək olmalıdır”.

Bunu "Report"a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.

“Azərbaycan zəruri ərzaq məhsullarının bir hissəsini xaricdən alır. Ona görə dünya bazarından cərəyan edən proseslərin müəyyən mənada bizə də təsirləri qaçılmazdır. Qlobal miqyasda ərzaq məhsullarının qiymət artırmı gedir. Bunun bir sıra səbəbləri var, o cümlədən anomal hava şəraiti, koronavirusdan dolayı iqtisadi aktivliyin aşağı düşməsi, tədarük zəncirinin sıradan çıxması, enerji daşıyıcılarının kəskin bahalaşması və son olaraq Rusiya-Ukrayna münaqişəsi. Yəni, mövcud durumda daxili bazar üçün yarana biləcək xarici təhdidlərin minimuma endirilməsi prioritet olaraq qalır. Bu günə kimi hökümətin bu istiqamətdə sərgilədiyi strategiya zamanlama baxımından və mahiyyət etibarı ilə maksimal dərəcədə effektiv olub. Nazirlər Kabinetinin ötəngünki qərarı da bu mənada istisna deyil”, - o bildirib.

Ekspert hesab edir ki, hökumətin bu cür qabaqlayıcı addımları zəruri ərzaq məhsulu ilə bağlı təminatda yayarana biləcək problemləri minimuma endirmək baxımından çox əhəmiyyətli olacaq:

“Nazirlər Kabinetinin “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” dünənki qərarı ölkənin ərzaq təhlükəsizliyin təmin olunması baxımından çox düzgün və əhəmiyyətli addımdır. Bu gün əsas prioritet daxili bazarı və bununlada da əhalinin rifahını xarici faktorların mənfi təsirlərindən qorumaq olmalıdır. Hökümətin son addımları məhz bu məqsədin reallaşmasına yönəldilib. Buna ixraca qadağa kimi deyil, proseslərə operativ müdaxilə etmək və etibarlı tənzimləmə mexanizlərinin formalaşdırılması kimi baxmaq lazımdır. Bu gün qeyri-neft sektorunun sürətli inkişafı, neftin qiymətlərinin ölkəmiz üçün komfortlu olması, Azərbaycanın artan strateji valyuta ehtiyyatları, effektiv büdcə planlaması istənilən xarici çağırışlara operativ və effektiv cavab verməyə imkan verir. Bu mənada Azərbaycanın tədarük zəncirində yarana biləcək qırılmaları alternativ kanallar hesabına operativ şəkildə bərpa etmək, daxili resurları səfərbər etməklə yarana biləcək boşluqları doldurmaq imkanları heç zaman olmadığı qədər genişdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Az İnşaat T” inzibati məsuliyyətə cəlb edildi – Məhkəmə işi geri qaytardı

Bu biznes ideyası yerli bazar üçün perspektivlidir

Dərslik istehsalı ilə bağlı 650 min manatlıq müqavilə

Milyarder izah edir: Uğurlu həyata aparan sadə vərdiş hansıdır?

Bu sahibkar 40 min cərimələndi

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Ən yaxşı komandalar nəyə görə fərqlənir? - Onlar işçilərdə məhz bu problemi aradan qaldırır

Deputata məxsus olduğu deyilən şirkətə 885 min manatlıq sifariş

Kassada başqa, etiketdə başqa qiymət – İstehlakçı hüququ nə deyir?

Çin texnologiya şirkətləri ABŞ embarqosunu bu cür aşır

Robotlara istiliyi və təzyiqi hiss etmək öyrədildi

"İntento AB"nin borcu 1 milyona yaxınlaşdı

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Çörək istehsalçıları "pəhriz çörəyi" adı ilə istehlakçılara nə təqdim edirlər?

Rahim Hüseynova yüksək VƏZİFƏ VERİLDİ

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)

"Şahdağ"ın direktoru işdən çıxarıldı - Yeni təyinat

BP-yə işə düzəldəcəyini dedi, 3 nəfərin pulunu mənimsədi

Müəllimlərə mane olan əlavə tapşırıqlar: "Dərs deyək, yoxsa sənəd hazırlayaq?"

Fransız dərman nəhəngi ABŞ şirkətini 9,1 milyarda alır

“Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində Kapital Bank Qarabağ Universitetinin tələbələri üçün təqaüd proqramına start verdi®

"Yüksəliş"in qalibinə AZCON-da vəzifə verildi

3,6 milyon manat vergi borcu olan şirkət kimindir?

Moda dünyasının ən gənc dizayneri - 4 yaşında başlayan karyera yolu

Bu tarixdə qısa iş günü olacaq

Bu tarixdə qısa iş günü olacaq

"Kupça"sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI

Yeni dərs ilində məktəb formaları dəyişəcək?

Bu uşaqların müavinəti kəsiləcək? - "Qaçqınkom"dan açıqlama

"Facebook"dakı saxta yarışmaya 800 min nəfər necə qatıldı?

İlk 5-likdə yer alsa da, sərvəti azalan 3 milyarder - Kimlərdir?

Bu ölkədən bir kiloqramı 16 manata sarıkök alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin