BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
16440

Azərbaycanda əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Kredit Fondu yaradılıb. Belə bir Fondun yaradılması ölkəmizdə təhsilin inkişafına təkan verəcək vacib addım kimi qiymətləndirilir.

 

Bəs, təhsil mütəxəssisləri nə düşünürlər: İmkansız tələbələrin kreditlə təmin olunması təhsil sistemində dəyişikliyə gətirib çıxara biləcək? Yaxud, yeni Fond tələbələr üçün əlçatan olacaqmı?

 

Valyuta.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında tələbələrə ayrılacaq kredirlərlə bağlı bəzi məqamlara aydınlıq gətirib.

Ekspertin sözlərinə görə, kreditdən istifadə eləmək hüququna malik olan insanların kateqoriyası məhddudur:

“İlk növbədə onu qeyd edim ki, Təhsil Tələbə Kredit Fondunun yaradılması ölkədə təhsil haqqını ödəyə bilməyən vətəndaşlara böyük dəstək olacaq. Nazirlər Kabineti tərəfindən təsdiq edilən siyahıya baxdıqda mübahisəli məqamların olduğu nəzərə çarpır.

Tələbələr birinci tədris ilinin ilk semestrindən başlayaraq Təhsil Tələbə Kredit Fondunun vəsaitindən istifadə edə bilərlər. Təhsil Tələbə Kredit Fondunun kredit vermə meyarları iki istiqamətdə olacaq. 1-ci qrup, yəni sosial həssas ailələrdən olan tələbələrin maddi və sosial vəziyyəti əsas götürüləcək. 2-ci qrup - öz hesabına təhsil alan tələbələrə kreditlər verilən zaman isə tələbələrin akademik göstəriciləri nəzərə alınacaq”. 

Onun sözlərinə görə, amma bundan istifadə etmək hüququna malik olan insanların kateqoriyası çox dardır:

“Çatışmazlıq ondan ibarətdir ki, ümumi orta müvəffəqiyyət göstəricisi qoyulub. Yəni ortalama balı 71-dən yüksək olan tələbə kreditdən istifadə edə bilər. Bu, doğru yanaşma deyil. Düzdür, bu qayda tələbələrin ümumi ortalamasının yüksəlməsi üçün şərait yaradacaq. Amma bütün hallarda məhdudiyyət qoymaq lazım deyil. Çünki o insanların bəlkə də özündən asılı olmayan səbəblərdən ortalama balı aşağıdır. Qaydalara əsasən, standart kredit almaqdan ötrü sizin orta müvəffəqiyyət göstəriciniz 71 baldan aşağı olmamalıdır. Mənə görə, 71 bal məhdudiyyətinin olmasına ehtiyac yoxdur”.

K.Əsədov qaydalarda müəyyən dəyişikliklər etməyə ehtiyac olduğunu vurğulayıb:

“Eyni zamanda, bütün təhsil haqlarına kreditlər verilmiyəcək. Kredit Fondu tərəfindən təhsil haqqı 2500-3000 manat olan tələbələrə kredit şamil ediləcək. Mənim fikrimcə, yüksək təhsil haqqı alanlar da bundan istifadə etməlidir. Ən vacib məqam kreditin geri qaytarılma müddətidir. Bu müddət 10 il aralığında müəyyənləşib. Hesab edirəm ki, bu kifayət qədər yaxşı haldır.

Kreditlər üçün hər hansı güzəşt, zamin, öhdəlik tələb olunmayacaq. Ən əsas kredit sığortalanır və əgər kredit götürmüş şəxs ödəmə qabiliyyətini itirirsə, dövlət tərəfindən ödənilir”.

Təhsil kreditlərinin yalnız əyani oxuyan tələbələrə verildiyini söyləyən ekspert düşünür ki, qiyabi təhsil alan tələbələr də bundan yararlanmalıdır: 

“Təklif edirəm ki, qaydalarda müəyyən dəyişikliyə və daha da sadələşdirməyə ehtiyac var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin