Son zəng necə keçirilməlidir? - Təhsil eksperti
"Hesab edirəm ki, son zəng tədbirlərində 1-ci və 11-ci sinif şagirdləri, onların valideyn və müəllimləri işritak etməlidir”.
Valyuta.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov söyləyib.
Son zəng tədbirlərinin keçirilməsinə aydınlıq gətirən ekspert tövsiyə edir ki, tədbirdə sıxlığın yaranmaması üçün hər ailədən bir nəfər tədbirə qatılsın:
"Bütün ailə üzvlərinin son zəng tədbirinə qatılması yaxşı hal deyil. Bu tədbir daha təhlükəsiz keçməlidir, ara məsafə gözlənilməlidir. Təhsil nazirinin orta ümümtəhsil məktəblərində son zəng tədbirlərinin keçirilməsi ilə bağlı qərarı müsbət addımdır. Şagirdlər bir ildən çoxdur ki, məktəbdən kənar qalıb, nəticədə bu, onlara psixoloji təsir göstərib. Orta məktəblərdə son zəng mərasimlərinin keçirilməsi zəruri və qaçılmaz idi. Erkən yaşda olan uşaqlar üçün bu tədbirin əhəmiyyəti böyükdür. Məktəblə vidalaşmaq, müəllimlərin xeyir-duasını almaq və s. kimi amillərin hər biri son zəng tədbirinin keçirilməsini zəruri edir”.
Kamran Əsədov qeyd edib ki, son zəng tədbirləri ancaq rəsmi hissədən ibarət olacaq:
"Əvəllər bizim gördüyümüz musiqi, şou-proqramlar olmayacaq. Yalnız rəsmi hissədən ibarət olan tədbirdə məktəin müəllimləri, 11-ci sinif şagirdləri və onların valideynləri iştirak edəcək”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay