BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
13274

“Sentyabr ayında pandemiyanın vəziyyətindən asılı olmayaraq, Azərbaycanda orta və ali məktəblərdə tədris prosesi əyani şəkildə təşkil ediləcək”.

Valyuta.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O qeyd edib ki, buna ümid verən amillərdən biri 18 yanvardan etibarən start verilən vaksinasiya prosesidir:

“Ümumilikdə indiyədək ölkə üzrə 2 milyondan çox insan peyvənd olunub. Hazırda 4447 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır ki, onların da 50 faizdən çoxu vaksinasiya prosesinə qoşulub. Eyni zamanda, təhsil alan 182 min tələbə də kütləvi şəkildə peyvənd vurdurur. Vaksinasiyanın sürətli getməsi normal həyata qayıdış üçün bir vüsətdir. Necə ki, İsrail və ABŞ-da bu prosesin tam şahidiyik. Azərbaycanda da proseslərin bu şəkildə olacağı birmənalı şəkildə gözlənilir”.

Ekspert deyib ki, ali və orta ixtisas müəssislərində tədrisin təşkililə bağlı proqram hazırlanır:

“Dərslərin sentyabrın 1-də yoxsa 15-də başlayacağı hələlik müzakirə olunur. Bununla bağlı yaxın vaxtlarda qərar qəbul ediləcək. Məsələ burasındadır ki, ənənəvi təhsilin bərpası zamanı onlayn dərslər müddətində hansı materiallar zəif keçirilibsə, onlara qayıdılacaq. Çünki onlar öyrədilmədən tədrisin növbəti mərhələ üçün təşkili keyfiyyətli olmayacaq”.

K.Əsədov paralel olaraq onlayn dərslərin də keçiriləcəyini istisna etməyib:

“Orta məktəblərdə idman dərsinin, qalanları əyani olmaqla, ali məktəblərdə isə humanitar fənlərin distant formada keçirilməsi planlaşdırılır. Texniki və təbiət fənləri, laboratoriya işlərilə bağlı fənlər ənənəvi qaydada, digərləri distant keçiriləcək.

Təbii ki, pandemiya bitmədiyindən, ara məsafəsi gözləniləcək, dezinfeksiya işləri aparılacaq, qruplarda və patokda tələbələrin sayı azaldılacaq. Ənənəvi tədrisin bərpası zamanı ali təhsil müəssisələrinin işi iki dəfə artacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin