Ziya Səlcuqun Azərbaycana gəlişiylə hansı problemləri həll etmək olar? - AÇIQLAMA
"Mənim gözləntim işğaldan azad edilən ərazilərdə "TürkAz” adı altında vahid universitetin yaradılmasıdır”.
Valyuta.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov Türkiyənin Təhsil naziri Ziya Səlcuqun Azərbaycana səfərindən danışarkən deyib.
Onun sözlərinə görə, bu səfər çərçivəsində Türkiyə-Azərbaycan birgə universitetinin açılması məsələsi də gündəmə gələ bilər:
"Gözləntilərim bu istiqamətdədir. Biz ali təhsil müəssisələrində Türkiyə təcrübəsindən yararlanmalıyıq. Türkiyənin təhsil nazirinin Azərbaycana gəlişindən bir sıra gözləntilərim var. Birinci həll edilməli problem, çox təəssüf ki, Azərbaycanın orta ixtisas təhsil müəssisələrinin, kollec məzunlarının Türkiyə universitetlərinə qəbul zamanı problem yaşamasıdır. Hazırda Azərbaycanla Türkiyə arasında təhsil sahəsində bir neçə problemlər var. Birincisi, Azərbaycanın kollec məzunlarının diplomunda subbakalavr sözü olanların Türkiyədə təhsil ala bilməməsi ilə bağlı problemdir. Türkiyənin universitetləri Azərbaycanın kollec məzunlarının diplomunda subbakalavr olanları tanımır və onları qəbul etmir. Hesab edirəm ki, bu problem aradan qaldırılmalıdır. Hazırda 4 minə yaxın azərbaycanlı gənc Türkiyədə bu tipli problem yaşayır. Bu məsələ aradan qaldırılmalıdır. İkincisi isə Azərbaycanın bir sıra universitetlərinin məzunlarına tətbiq olunan Türkiyə magistratura təhsilindəki məhdudiyyətlər aradan qaldırılmalıdır”.
Kamran Əsədob qeyd edib ki, bu səfər çərçivəsində Azərbaycan-Türkiyə universitetlərinin ikili diplom proqramı çərçivəsində məsələlər həll edilməlidir.
Qeyd edək ki, Türkiyənin Təhsil naziri Ziya Səlcuq Azərbaycana səfər edəcək. Bu səfər may ayında reallaşacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay