BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
8210

Bu gün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər (ETSN) naziri Muxtar Babayev və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident nümayəndəsi Alessandro Frakassetti Azərbaycanın iqlim dəyişmələrinə qarşı dayanıqlılığını artıracaq birgə layihənin başlanmasını elan edib.

BMTİP-dən Valyuta.Az-a bildirilib ki, üç illik layihə Azərbaycan hökumətinə üç prioritet sektor - su, kənd təsərrüfatı və sahilyanı ərazilərin iqlim dəyişmələrinə uyğunlaşması tədbirlərində dəstək olacaq.

Yaşıl İqlim Fondunun maliyyələşdirdiyi və BMTİP-nin həyata keçirdiyi layihə hökumətin mövcud institusional, texniki və maliyyə potensialını gücləndirəcək, bu isə öz növbəsində orta və uzun müddətli iqlim adaptasiyası ehtiyaclarının Azərbaycanın milli inkişaf planlarına daxil edilməsini təmin edəcək.

Nazir Babayev layihənin önəmi haqqında bəhs edərkən deyib:

"Su sektoru ölkəmizin iqlim dəyişmələrinin təsirlərinə həssas olan sahələrdən biridir. Bu baxımdan, "Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma fəaliyyətinin planlaşdırılmasına və həyata keçirilməsinə dəstək” layihəsi su ehtiyatlarının davamlı idarə edilməsinə və kənd təsərrüfatında çevik həllərin tətbiqinə şərait yaradaraq iqlim dəyişmələrinin mənfi təsirlərinə uyğunlaşmağa yardım edəcəkdir.”
BMTİP-nin Rezident nümayəndəsi Alessandro Frakassetti layihənin iqlim dəyişmələrinə dayanıqlılığı formalaşdırmaqda və Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasında oynadığı rolu xüsusilə qeyd edib:

"Bu strateji layihə, ölkənin ən həssas icmalarına iqlim dəyişmələrinin təsirləri ilə ayaqlaşmağa, eləcə də öhdəsindən gəlməyə dəstək olacaq. Layihə, insanlara iqlim dəyişmələrinə qarşı dayanıqlı təsərrüfatlar qurmağa və ölkənin Paris Razılaşması və Dayanıqlı İnkişaf Məqsədlərində qeyd olunan hədəflərinə nail olmasına kömək edəcək.”

Sözügedən layihə, qərar qəbuledici şəxslər, texniki heyət və yerli icmalar üçün məlumat toplanması və yayılması ilə bağlı yeni alətlər və təcrübələr, eləcə də maarifləndirici və təlimləndirici kurslar təklif edərək institusional, texniki və maliyyə potensialını qurmaqda dəstək olacaq. Layihə, hüquqi baza və monitorinq üzrə irəliləyişləri də təqdim edəcək. Bunun əvəzində isə gücləndirilmiş sistemlər, ölkənin və vətəndaşların iqlim dəyişmələrinin öhdəsindən gəlməyə və onun fəsadları ilə mübarizə aparmaq üçün mövcud olan ümumi potensialını inkişaf etdirməyə kömək olacaq.

"Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma fəaliyyətinin planlaşdırılmasına və həyata keçirilməsinə dəstək” layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMTİP-nin uğurlu və uzun müddətli əməkdaşlığına əsaslanır.

Son illər ərzində Nazirlik və BMTİP iqlim dəyişmələri, torpaqların və meşələrin idarə olunması, biomüxtəliflik və digər sahələr üzrə bir sıra birgə layihələr həyata keçirib.

Hazırda ETSN və BMTİP yerli əhali üçün içməli su ehtiyatlarının qorunması məqsədilə Xocəsən gölü ətrafında salınmış yaşıllıqların suvarılması üçün damcılı sistemin quraşdırma işlərini yekunlaşdırır. Qeyd olunmalıdır ki, ətraf mühitlə bağlı məlumatların əlçatanlığı və ictimaiyyətin bu məsələlərdə iştirakını artırmaq üçün Bakıdakı Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi tamamilə təmir edilib və müasir avadanlıqla təchiz olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Azərbaycanda vergi forumu keçiriləcək

Azərbaycanda vergi forumu keçiriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin