İyul son 50 ildə ən çox sel hadisəsi olan ay kimi qeydə alınıb
İyul ayında ümumi olaraq Azərbaycan üzrə 43 sel hadisəsi qeydə alınıb.
Valyuta.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, bu da 2023-cü ilin analoji ayı ilə müqayisədə 2,7 dəfə çoxdur:
"2024-cü ilin iyul ayında yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçib. İyul ayında ümumi olaraq ölkə üzrə 43 sel hadisəsi qeydə alınıb ki, bu da 2023-cü ilin analoji ayı ilə müqayisədə 2,7 dəfə çox olmaqla, son 50 il ərzində ən çox sel hadisəsi olan iyul ayı kimi qeydə alınıb".
Onun sözlərinə görə, iyul ayı ərzində ölkənin yerli çaylarında, xüsusilə Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsi ərazilərindən axan əksər çaylarda sululuq normadan yüksək, bəzi çaylarda isə normadan aşağı olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay