Azərbaycanda təhlükəli tullantılar daha çox bu sahələrdə yaranır – MÜQAYİSƏ
2023-cü ildə Azərbaycanda 1,16 milyon tona yaxın təhlükəli istehsalat tullantıları yaranıb.
Dövlət Statistika Komitəsinin məlumatların əsasən, təhlükəli tullantıların 966 min tona yaxını müəssisələrin ərazisində saxlanılması üçün yerləşdirilib.
Azərbaycanda ən çox təhlükəli tullantılar neft istehsalı və neft məhsullarının emalı prosesi zamanı yaranır.
Cəmi tullantıların 991 min tonu və ya 85,4 faizi xam neftin hasilatı zamanı, 32,1 min tonu, yəni 2,77 faizi isə neft məhsullarının istehsalı zamanı formalaşır.
Neftdən fərqli olaraq təbii qaz hasilatı zamanı təhlükəli tullantılar az miqdarda yaranır. Ötən il ərzində təbii qaz istehsalına görə cəmi 350 ton təhlükəli tullantı əmələ gəlib.
Tullantıların təmizlənməsi və emalı prosesi zamanı da böyük miqdarda təhlükəli tullantılar formalaşır. Burada il ərzində 128,56 min ton təhlükəli tullantı əmələ gəlib.
Digər sahələrdən ən çox təhlükəli tullantı duz hasilatı zamanı formalaşır. Bir ildə duz hasilatı zamanı 10,1 min tondan artıq təhlükəli tullantı yaranıb.
Adıçəkilən sahələrdən başqa təhlükəli istehsalat tullantıları elektrik enerjisinin ötürülməsi (6250 ton), gübrə və azot birləşmələrinin istehsalı (702 ton), elektrik enerjisinin istehsalı (504 ton) ilə əlaqədar yaranır.
Məlumat üçün bildirək ki, təhlükəli tullantı dedikdə tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar nəzərdə tutulur.
© Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay