Havanı çirkləndirən şadlıq saraylarının siyahısı
Havaya normadan artıq tullantılar atan ictimai iaşə obyektləri və restoranların adları açıqlanıb.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Movida Plaza", “Üzeyir", “Xudafərin”, “Neolit City", “Şahənşah”, “Qaynana", “Old Manqal", “Salam Baku", “Muğam Klub", “Səhər Mehi", “Nanə Pub", Sumqayıt şəhərində fəaliyyət göstərən “Yeni Həyat", “Romanse”, “Veqas", “Tərlan", ”Orman”, Gəncə şəhərində fəaliyyət göstərən "Tural", "Kəhraba", "Söyüdlük", Göygöl rayonunda fəaliyyət göstərən "Münasib", Samux rayonunda fəaliyyət göstərən "Çıraq Plaza" ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay