Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir
İqlim dəyişikliyi səbəbi ilə bütün dünyada ciddi iqtisadi itkilər riski mövcuddur.
Valyuta.az xəbər verir ki, bu barədə Almaniyanın Potsdam Universitetinin tədqiqatçıları xəbərdarlıq edirlər.
Yeni hesablamalara görə, əsrin ortalarına qədər qlobal istiləşmə nəticəsində beynəlxalq iqtisadiyyat gəlirlərinin təxminən 20 faizini itirə bilər – hətta gələcəkdə iqlim üçün zərərli qazların tullantılarının həcmləri kəskin şəkildə azaldılsa belə. Potsdam Universitetinin tədqiqatçıları hesablayıblar ki, əks halda ildə 38 trilyon dollardan çox iqtisadi ziyan gözlənilə bilər. Bu ziyan qlobal istiləşməni maksimal olaraq 2 dərəcə ilə məhdudlaşdırmağa xidmət edən iqlimin müdafiəsi üzrə tədbirlərə ehtimal edilən xərclərdən altı dəfə artıq olardı.
Ehtimal olunan ziyan regiondan asılı olaraq ciddi şəkildə dəyişir. Tədqiqatda deyilir ki, ən çox ziyan yoxsul və iqlim dəyişikliyinin nəticələrini tam mənada dərk etməyən ölkələrə dəyəcək.
Tədqiqatçılar, həmçinin Şimali Amerika və Avropada gəlirlərin 11 faizə qədər itirilməsini proqnozlaşdırırlar. Halbuki, adambaşına düşən gəlirin artacağı gözlənilir. Məlumat, əsrin sonuna qədər qlobal istiləşmənin iki dərəcədən aşağı səviyyədə məhdudlaşdırılması yolunu tutmaq mümkün olacağı ssenariyə aiddir. BMT-nin fikrincə, iqlim müdafiəsi üzrə hazırkı planlar kifayət etmir.
Tədqiqatın müəlliflərindən olan Maksimilian Kotsun sözlərinə görə, iqlim dəyişikliyi ən çox Cənubi Asiya və Afrikaya ziyan vuracaq: “Bu itkilər kənd təsərrüfatında məhsuldarlığa, əmək məhsuldarlığına və infrastruktura təsirlər kimi iqlim dəyişikliyinin iqtisadi cəhətdən əhəmiyyətli nəticələrinin geniş spektrindən qaynaqlanır”. Qasırğalar və ya meşə yanğınları nəticəsində dəyən ziyan hesablanmayıb, lakin ümumi məbləğ daha da arta bilər.
© AZƏRTAC
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay