BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
43513

2023-cü ildə energetika sektorunda emissiyalar üzündən qlobal karbon qazı ilə çirklənmə rekord səviyyəyə çatıb və buna qismən də quraqlığın hidroelektrik istehsalını məhdudlaşdırdığı ölkələrdə qazıntı yanacaqlarından istifadənin artması səbəb olub.

Valyuta.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) son hesabatına əsasən, alimlər yaxın illərdə qlobal temperatur artımının məhdudlaşdırılması və sürətlə baş verən iqlim dəyişikliyinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün karbon qazı tullantılarının, əsasən də atmosferə atılan karbon qazının kəskin azaldılmasının, habelə qazıntı yanacaqlarından istifadənin minimuma endirilməsinin zəruriliyini qeyd edirlər.

BEA-nın hesabatında qeyd olunur ki, CO2 emissiyaları Paris Sazişində müəyyən edilmiş qlobal iqlim məqsədlərinə çatmaq üçün tələb olunan sürətlə azalmır, həm də yeni rekord səviyyəyə çatıb. Agentliyin apardığı təhlilə əsasən, enerji istehsalının qlobal emissiyaları 2023-cü ildə 410 milyon metrik ton və ya 1,1 faiz artaraq 37,4 milyard metrik tona çatıb. Üstəlik, planetin bəzi regionlarında müşahidə olunan qeyri-adi şiddətli quraqlıq su elektrik stansiyalarının fəaliyyətinə təsir göstərməsəydi, ötən il emissiyaların həcmi daha da aşağı səviyyədə ola bilərdi.

Külək, günəş enerjisi və elektrik nəqliyyat vasitələri kimi təmiz texnologiyaların qlobal miqyasda yayılması emissiyaların artım sürətini azaltmağa kömək edir.

Hesabata görə, ABŞ-da enerji istehsalı ilə bağlı emissiyalar 4,1 faiz azalıb, bu azalmanın əsas hissəsi elektrik enerjisi sektorunun payına düşüb.

Avropa İttifaqı ölkələrində enerji emissiyaları keçən il bərpa olunan enerji istehsalındakı artım, habelə kömür və qaz enerjisi istehsalının azalması ilə əlaqədar olaraq təxminən 9 faiz azalıb.

Hesabatda deyilir ki, Çinin enerji emissiyaları 5,2 faiz artıb. Bu ölkənin COVID-19 məhdudiyyətlərindən qurtulması ilə enerji tələbatında da artım müşahidə olunub.

Bununla belə, BEA-nın məlumatına görə, 2023-cü ildə qlobal günəş, külək enerjisi və elektrikli avtomobil istehsalının təxminən 60 faizi Çinin payına düşüb.//AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə ikinci atom elektrik stansiyasının tikintisində 50 faiz iştirak gözləyir

"Telemexanika Zavodu" cərimələndi

Qlobal iqtisadiyyat sürətlə bərpa olunur - OECD proqnozunu dəyişdi

Aleksey Mojin: ABŞ BRİKS Maliyyə Nazirlikləri və Mərkəzi Bankın görüşünü pozdu

Dövlət xidmətinin tenderi ləğv edildi

"Safari" brauzeri tezliklə daha "ağıllı" olacaq

Maksimum 23 il - ABŞ Federal Ehtiyat Sistemi kredit faizinə dair qərar verdi

"Sıracoğlu" Fermer Təsərrüfatı gömrük qaydalarını pozub?

"Apple"ın yeni flaqman saatı köhnəsi ilə eyni olacaq

Fitch DTEK Naftogaz-ın reytinqini CC səviyyəsində təsdiqlədi - Yüksək risklər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb (FOTO)

Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Yaponiya LNG-ni sintetik metanla əvəz edəcək

Faiz dərəcələri aşağı salındı – Hansı sahədə qiymətlər ucuzlaşacaq?

Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək

Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilib - CƏDVƏL

Azərbaycanda 220 min manata beton zavodu satılır (FOTO)

2024-cü il barama mövsümünə start verilib

Ramin Məmmədovun deputat mandatına xitam verildi

Nazirlik milyon yarımlıq dərslik buraxacaq

Sabiq nazir yenidən rektor təyin edildi

Sabiq nazir yenidən rektor təyin edildi

II Dünya müharibəsi iştirakçıları və ailələrinə birdəfəlik yardım veriləcək (SƏRƏNCAM)

Ölkədə dollara tələb azaldı – Son rəqəmlər

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Britaniya 2025-ci ildə G7-nin ən zəif iqtisadiyyatına çevriləcək

Aşağı büdcə ilə səyahət edə biləcəyiniz 10 Avropa şəhəri

Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin