BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
39902

Bakıda 2024-cü il başlayandan günəşli keçən günləri yanvarın 6-da soyuq, sərt küləkli hava şəraiti əvəzləyib. Belə temperatur amplitudu qonşu ölkələrdə də müşahidə olunur: proqnoza görə, Türkiyə və Gürcüstanda hava şəraiti qarşıdakı günlərdə kəskin dəyişəcək, dolu, qar və intensiv yağış yağacaq.

Bunun təsirini ölkəmizdə də hiss edəcəyikmi? Azərbaycan üçün ən soyuq qış hansı ilə təsadüf edib?

Oxu.Az-ın bu və digər suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov cavablandırıb.

Onun sözlərinə görə, yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir:

“Aylıq yağıntının miqdarının, əsasən, iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir. Yanvar ayının bəzi günlərində hava şəraiti mülayim, bəzi günlərində isə soyuq keçir. Bir neçə gündür ki, ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunurdu. Lakin yanvarın 6-sı gecə və səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənəcək. Küləyin maksimal sürəti 15-20 m/s olacaq, gecə və səhər saatlarında arabir 27-32 m/s-yə çatacaq. Günün ikinci yarısından zəifləyəcək.

Yanvarın 7-dən 10-dək ölkə ərazisində hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir, lakin ilkin məlumatlara görə, yanvarın 10-u gündüzdən 12-si səhərədək hava şəraitinin yenidən dəyişəcəyi, arabir yağıntılı  olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin ayrı-ayrı günlərdə arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir. Qeyd edək ki, uzunmüddətli hava proqnozlarının özünü doğrultması aşağı olduğundan hava proqnozları, adətən, sutkalıq, iki sutkalıq və yeddi günlük dövrü əhatə edir”.

Bölgələrdə yanvar ayı üçün qarşıdakı günlərdə gözlənilən hava şəraitinə gəlincə, N.Mahmudov bildirib ki, yanvarın 10-u səhərdən 13-dək hava şəraiti qeyri-sabit keçəcək:

“Havanın arabir yağıntılı olacağı, əsasən, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, qərb küləyinin 15-20 m/s, 6-sı səhər arabir 25-30 m/s-dək güclənəcəyi  ehtimalı var. Qeyd edim ki, Bakıda və Abşeron yarımadasında 2023-cü ilin yanvar ayının ilk günlərində havanın maksimal temperaturu 18 dərəcə isti olduğu halda, minimal temperatur ayın 11-də 3 dərəcəyədək şaxta qeydə alınıb”.

Xidmət rəisinin sözlərinə görə, son 20 ilin məlumatlarına əsasən, Bakıda ən soyuq yanvar 2008-ci ildə müşahidə olunub:

“Həmin il Bakıda havanın minimal temperaturu 8,7 dərəcə şaxta olub. Ən isti yanvar isə 2007 və 2019-cu illərdə qeydə alınıb. Həmin illərdə havanın maksimal temperaturu 20 dərəcə istiyədək yüksəlib. 2024-cü ilin yanvar ayının bəzi günlərində də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə qar yağacağı istisna olunmur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin