01.08.2023 / 10:00
İqbal Məmmədova məxsus olduğu bildirilən şirkət cərimələnə bilər
30964
“Lerik Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.
Pravda.az-ın xəbərinə görə, MMC müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsi ilə cərimələnib.
İş Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, şirkətin deputat İqbal Məmmədova məxsus olduğu bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay