30.07.2023 / 12:16
Hava şəraiti dəyişəcək, leysan və dolu yağacaq (XƏBƏRDARLIQ)
30900
İyulun 30-u axşamdan 31-i gündüzədək bəzi şimal və şərq rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay