BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
35652

Elektron ticarət həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması və uçotdan çıxarılması qaydası təsdiq edilib.

Valyuta.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən rəqəmsal iqtisadiyyatın tərkib hissəsi olan elektron ticarətin şəffaf və qanunamüvafiq şəkildə vergiyə cəlb edilməsi, ölkələrin bərabər şərtlərlə vergitutma hüququnun tanınması, verginin əsas iqtisadi fəaliyyətin həyata keçirildiyi və dəyərin yarandığı ölkədə tutulması, mənfəətin yurisdiksiyalar arasında ədalətli şəkildə bölüşdürülməsi və nəticə etibarilə ədalətli və davamlı iqtisadi rəqabətin təmin edilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər edilib.

Eyni zamanda, həmin Məcəllənin 169.8-ci maddəsinə əsasən Məcəllənin 33.8-1-ci maddəsində nəzərdə tutulan qaydada uçota alınan qeyri-rezident tərəfindən bu fəslin məqsədləri üçün işlərin və xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb edilmir və bu əməliyyatlar üzrə yaranan vergi öhdəliyi qeyri-rezident şəxs tərəfindən bu Məcəlləyə uyğun olaraq hesablanıb ödənilir.

Elektron ticarət xidməti göstərən transmilli şirkətlərə daha asan və məsafədən qeydiyyat imkanının yaradılması, fəaliyyət göstərdikləri və iqtisadi dəyər yaratdıqları ölkələrdə birbaşa xarici investisiyaların yatırımına marağı artırır, bu isə öz növbəsində yerli istehsalı, yeni iş yerlərinin açılmasını və iqtisadiyyatın aidiyyəti digər sektorlarının (informasiya texnologiyaları üzrə sektorlar və onlara yardımçı sektorlar) stimullaşdırılmasını dəstəkləməklə yanaşı, yüksək informasiya texnologiyalarının və bu sahədə ən yaxşı təcrübələrin həmin ölkələrə transfer edilməsi ilə nəticələnir.

Qərarın qəbul edilməsi vətəndaşların maliyyə vəsaitlərinin qənaət edilməsinə xidmət edəcəkdir.

Belə ki, qəbul edilmiş Qərara əsasən uçota alınan qeyri-rezident şəxs tərəfindən Vergi Məcəlləsinin XI fəslinin məqsədləri üçün işlərin və xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən agent tərəfindən (yerləşən banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları) ödəmə mənbəyində vergiyə cəlb edilməməsi səbəbindən, bu əməliyyatlar üzrə yaranan vergi öhdəliyi qeyri-rezident şəxs tərəfindən Vergi Məcəlləsinə uyğun olaraq ümumi qaydada hesablanıb ödənilir.

Beləliklə, qeyri-rezidentin vergi öhdəliyi vergi orqanında uçotda olmayan şəxslərdən tutulan vəsait hesabına deyil, birbaşa qeyri-rezidentin özü tərəfindən icra ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Nazir Saleh Novruzini işdən çıxardı

Nazir Saleh Novruzini işdən çıxardı

Azərbaycanda təhlükəli tullantılar daha çox bu sahələrdə yaranır – MÜQAYİSƏ

BVF: Dünya iqtisadiyyatı geosiyasi problemlərə görə üç bloka bölünüb

Azərbaycanda hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin