Dünya
21.01.2025 / 11:00
Macarıstan Qazaxıstanda zavodların tikintisinə 83 milyon dollar sərmayə yatıracaq
63509
Macarıstanın “UBM Group” şirkəti Qazaxıstanda zavodların tikintisinə 83 milyon dollar sərmayə qoyacaq.
Bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
2025-2028-ci illərdə Kostanay, Akmola və Türküstan vilayətlərində yem istehsalı və Almatı vilayətində premiks istehsalı üzrə üç zavodun tikintisi nəzərdə tutulub.
Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov “UBM Group” şirkətinin nümayəndələri ilə görüşdə nazirliyin layihələrin həyata keçirilməsinə tam dəstək göstərəcəyini bildirib.
Tərəflər bu istiqamətdə birgə səylərin Macarıstan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlığın genişlənməsinə yeni təkan verəcəyini qeyd ediblər.
©report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay