ABŞ sanksiyalarının Rusiya neft ticarətinə təsirləri
ABŞ-nin Rusiyanın neft ixracına qarşı tətbiq etdiyi son sanksiyalar, Sakit okean və Arktik limanlarından gündəlik göndərilən 1,5 milyon barrel xam nefti məhdudlaşdıra bilər.
Valyuta.Az xəbər verir ki, bu sanksiyalar Rusiya ticarətində iştirak edən 158 neft tankerini hədəfə alır. Bu tankerlərin çoxu xüsusi olaraq inşa edildiyi üçün onların yerini doldurmaq çətindir.
Sanksiyaların təsiri, 2025-ci il üçün qlobal təklif artıqlığı ilə bağlı treyderlərin gözləntilərini yenidən nəzərdən keçirməsinə səbəb ola bilər. Artıq "Brent" markalı neft, sanksiyalar tətbiq edildikdən sonra barrel başına 5 dollar bahalaşıb.
Vaşinqton tərəfindən hədəflənən gəmilərin təhlili göstərir ki, Sakit okean və Arktik limanlarından gündəlik təxminən 1,5 milyon barrel xam neft ixracı ciddi şəkildə məhdudlaşa bilər. Bu yüklərin üçdə birindən çoxu əvəz olunması çətin olan, xüsusi hazırlanmış tankerlərdən asılıdır. Baltik və Qara dəniz limanlarından göndərilən "Ural" markalı neft axınlarının isə nisbətən daha az təsirlənəcəyi, lakin yenə də əhəmiyyətli məhdudiyyətlərlə üzləşəcəyi ehtimal olunur.
Ən çox təsirlənənlər
Arktika və Saxalin
Asiyanın Arktika bölgəsi və Saxalin adasından gündəlik təxminən 550 min barrel xam neft axını, xüsusi tələblərə cavab verən və təsdiqlənmiş tankerlərdən asılı olduğu üçün ciddi risk altındadır.
Şərqi Sibir
Gündəlik təxminən 900 min barrel "ESPO" markalı xam neft də sanksiyalardan ciddi zərbə ala bilər. Bu, Rusiyanın ən böyük tək limanlı ixrac axını hesab edilir.
"Ural" markalı neft
Həcmlərə görə "Ural" markalı neft, gündəlik təxminən 1,8 milyon barrel ilə Rusiyanın əsas xam neft növü olaraq qalır.
"Ural" yüklərinin dörddə üçü Hindistana göndərilir. Lakin ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi ("OFAC") tərəfindən təsdiqlənməyən gəmilər bu yükü qəbul edə bilmir. Türkiyə isə ümumi ixracın 20%-ni təşkil edir. Baltik və Qara dəniz limanlarından Çinə edilən ixrac isə kiçik həcmdədir; 235 yükləmədən yalnız 11-i Çinə göndərilib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay