Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası yay aylarına qədər donor dəstəyi ilə təxminən 500 milyard dollar cəlb etməyi gözləyir.
Valyuta.az xəbər verir ki, bu barədə "Axios" nəşri yüksəkvəzifəli müşavirə istinadən məlumat yayıb.
Ən səxavətli donorlar arasında kriptovalyuta və texnologiya sektorunun nümayəndələri var, onların hər birindən 10-20 milyon dollarlıq ianələr daxil olur. Bundan əlavə, səhiyyə, kənd təsərrüfatı, maliyyə və sığorta sektorlarının nümayəndələri də maliyyə dəstəyi göstərir.
"Axios"un məlumatına görə, Tramp donorlar qarşısında müstəqillik mövqeyini açıq şəkildə nümayiş etdirir. O, ianələri qəbul etməyə hazır olduğunu vurğulasa da, heç bir şəxsi marağın təbliğinə dair sövdələşmələrə və vədlərə razılaşmır. Hətta bəzi hallarda o, donorları erkən mərhələdə dəstək göstərmədikləri üçün tənqid edib və yalnız öz qərarlarını həyata keçirəcəyini bildirib. "Axios"un mənbələri bu yanaşmanı belə xarakterizə edir: "O, sizin pulunuzu qəbul edəcək, amma yalnız öz istədiyini edəcək".
2024-cü ilin noyabr ayında keçirilən seçkilərdə qələbə qazandıqdan sonra Donald Tramp donorlar vasitəsilə 200 milyondan çox dollar toplayıb. Bu, yenidən seçilmiş prezidentlər arasında rekord göstərici hesab olunur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay