BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7426
  • RUB
    1.6534
  • TRY
    0.0479
  • GBP
    2.0758
63197

Dünya İqtisadi Forumu ("DİF") tərəfindən Davosda keçiriləcək İllik Toplantılar öncəsi yayımlanan Qlobal Risklər Hesabatı, qlobal sabitliyi təhdid edən riskləri ortaya qoyub.  

Valyuta.Az xəbər verir ki. hesabat 2024-cü ilin sentyabr-oktyabr aylarında dünya üzrə 900 risk mütəxəssisi, siyasətçi və sektor liderinin iştirakı ilə hazırlanıb. Sorğu nəticələri qısa və uzunmüddətli perspektivdə ən mühüm qlobal çağırışları müəyyən edib.  

Hesabata görə, artan geosiyasi gərginliklər, ekoloji problemlər və sosial parçalanma, dünyanın sabitliyini sarsıdır. Tədqiqat iştirakçılarının üçdə ikisi 2035-ci ilə qədər daha fırtınalı və qeyri-sabit bir qlobal mənzərə gözləyir.  

Qısa müddətdə əsas risk: müharibələr və dezinformasiya  

Hesabat iştirakçıları 2025-ci il üçün ən böyük risklərdən biri kimi dövlətlərarası silahlı münaqişələri göstərib. Sorğuda iştirak edənlərin 23%-i müharibələrin dünya üçün ən böyük təhlükə olduğunu vurğulayıb.  

Bu riskləri ekstremal hava hadisələri, geoiqtisadi münaqişələr, dezinformasiya, sosial qütbləşmə, iqtisadi geriləmə və bərabərsizliyin artması izləyir.  

Gələcək iki illə bağlı ən böyük risklər arasında dezinformasiya ilk sıradadır. Bu fenomenin milli və beynəlxalq əlaqələrdə parçalanma yaradaraq sosial harmoniya və idarəetməni təhdid etdiyi qeyd olunur.  

Ekstremal hava hadisələri, kibercasusluq və sosial bərabərsizlik də əsas risklər siyahısında qalmağa davam edir.  

Uzunmüddətli perspektiv: ekoloji problemlər təhlükənin mərkəzindədir  

Hesabatda ekoloji problemlərin, xüsusilə biomüxtəlifliyin azalması və ekosistemin çökməsi kimi məsələlərin gələcək 10 ildə ən böyük risk olaraq qalacağı bildirilib.  

Bunlara əlavə olaraq, təbii resursların azalması, süni intellektin mənfi təsirləri, sosial qütbləşmə və kibercinayətlər də ciddi təhdidlər arasında yer alır.  

Hesabat göstərir ki, artan qlobal rəqabət və geosiyasi parçalanma beynəlxalq əməkdaşlıq mexanizmlərini təzyiq altına salacaq. İştirakçıların 64%-i dünya gücləri arasında rəqabətin artdığı daha parçalanmış bir qlobal düzənin formalaşacağını düşünür.  

"İnklüziv gələcək üçün əməkdaşlıq şərtdir"  

"DİF"in baş direktoru Mirek Dusek hesabatla bağlı açıqlamasında bildirib:  

"Geosiyasi gərginliklər, iqlim böhranı və inamın zəifləməsi qlobal sabitliyi təhdid edir. Liderlər əməkdaşlıq və dayanıqlığı gücləndirməyi prioritet seçməlidirlər, çünki risklər indiyə qədər heç vaxt bu qədər yüksək olmamışdı."

Hesabat ölkələrə qeyri-sabitliyin qarşısını almaq, sosial harmoniya və dayanıqlı inkişaf üçün beynəlxalq əməkdaşlığı genişləndirməyi və dialoqa üstünlük verməyi tövsiyə edir.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Regional Construction Group” alqı-satqı müqaviləsinə görə məhkəməyə verildi

“Synthesia” 180 milyon dollar investisiya alıb

İlon Musk növbəti dəfə məhkəməyə verilib - "Twitter" məsələsi

Məşhur logistika şirkətinə protokol tərtib edilib

Dünyada 2025-ci il üçün ən böyük təhlükə: "Qlobal Risklər Hesabatı"

"Goldman Sachs"ın mənfəəti rekord səviyyəyə çatıb - "Reuters"

"Meta"dan 5%-lik ixtisar açıqlaması - KİV

"Bunge" və "Viterra": 34 milyard dollarlıq nəhəng birləşmə - "Bloomberg"

Trampın komandası yaya qədər donorlardan 500 milyard dollar yığmağı gözləyir

"İnstagram" platformasına giriş zamanı problemlər yaranıb

"Azərxalça"nın 1,3 milyonluq iki tenderi ləğv edildi

"BlackRock"un aktivləri 11,6 trilyon dollara çatıb - Tarixi rekord

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alındı

Cəlilabadın Göytəpə şəhər xəstəxanasının yeni binası gələn il istifadəyə veriləcək

İsveçrənin müdafiə naziri martın 31-də istefa verməyi planlaşdırır

"BakuBus"ın sürücülərinin ən az və ən çox nə qədər maaş aldığı məlum oldu

İki şirkət arasında alqı-satqı mübahisəsi

Kapital Bank 2024-cü il üzrə maliyyə nəticələrini elan edib ®

“PASHA Real Estate”də yeni direktor təyinatı

"Apple" və "Amazon"a qarşı 600 milyonluq iddia - Reuters

“Burma” şirkəti məhkəmə qarşısında

Bakının 3 qəsəbəsində qaz olmayacaq

Dağ-mədən sahəsindəki layihədə iştirak edən jurnalistlərlə görüş keçirilib

ADRA yarım milyonluq İKT məhsulları alır

Məktəblərdə telefon və digər ağıllı cihazlardan istifadə qadağandır

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

AZCON-un Nizamnaməsi təsdiq edilib

İtaliyanın dövlət borcu rekord həddə çatıb

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

İraq hökuməti ilə "BP" arasında milyardlıq müqavilə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin