Çin lideri iqtisadçının sözlərindən qəzəblənib
Çin Xalq Respublikasının sədri Si Szinpin iqtisadçı Qao Şanvenin Çin iqtisadiyyatının vəziyyəti ilə bağlı bəyanatlarına görə narazılığını ifadə edib.
Valyuta.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
İqtisadçının Çin iqtisadi inkişaf göstəricilərinin şişirdildiyi ilə bağlı fikirləri Pekində böyük narahatlıq doğurub. Qao Şanven Vaşinqtonda keçirilən forum zamanı Çin iqtisadiyyatının real inkişaf tempinin rəsmi məlumatlardan aşağı ola biləcəyini deyib:
"Çinin iqtisadi inkişaf göstəricilərinin dəqiq rəqəmlərini bilmirik. Mənim təxminlərimə görə, son iki-üç ildə ÜDM-in real artımı orta hesabla 2%-ə yaxın olub, halbuki rəsmi göstəricilər 5%-ə yaxın olaraq göstərilir".
O həmçinin, Pekinin iqtisadi inkişafı stimullaşdırmaq imkanlarına da şübhə ilə yanaşıb.
Mənbələrin məlumatına görə, bu açıqlamalar Si Szinpində ciddi narazılıq yaradıb. Çin rəhbəri iqtisadçının məsuliyyətə cəlb olunmasını tələb edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay