London Britaniyanın ən sürətlə qocalan şəhəri oldu - Səbəb nədir?
Böyük Britaniyanın paytaxtı London doğum göstəricilərinin azalması və gənc miqrant axınının zəifləməsi səbəbindən krallığın ən sürətlə yaşlanan şəhərinə çevrilib.
Valyuta.az xəbər verir ki, bu barədə "Resolution Foundation" adlı düşüncə mərkəzinin apardığı araşdırmada məlumat verilib.
2011-ci ildə Londonda orta yaş göstəricisi 33,8 olduğu halda, son 10 il ərzində bu rəqəm 35,8-ə yüksəlib. Digər böyük şəhərlərdə isə eyni dövrdə orta yaş göstəricisi 0,5 il azalıb və 34,5-ə düşüb. Ölkənin ən yaşlı bölgəsi olan North Norfolkda orta yaş 55,3, ən gənc bölgəsi Tower Hamlets-də isə 30,6 olaraq qeydə alınıb.
Araşdırma Londonda qocalma prosesinin digər böyük şəhərlərdən fərqli olmasının iki əsas səbəbini vurğulayır:
2000-ci illərdə hər 1000 nəfərə düşən doğum sayı 16 olduğu halda, bu göstərici 2010-cu illərdə 14-ə enib. Bu azalma, İngiltərə və Uels üzrə daha məhdud səviyyədə baş verib.
Brexitdən sonra Londona gələn gənc miqrantların sayı azalıb, bu da şəhərin demoqrafik strukturuna təsir göstərib.
"Resolution Foundation" qocalma prosesinin xüsusilə kənd və sahil bölgələrində ictimai xidmətlər üzərində ciddi təzyiq yaradacağını qeyd edir.
Azalan doğum səviyyələri və artan yaşlı əhali səbəbindən səhiyyə və sosial infrastrukturun yenidən qurulması zəruridir. Dövlətin bu məsələləri nəzərə alaraq uzunmüddətli strategiyalar hazırlaması vacibdir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay