BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.7598
  • RUB
    1.5837
  • TRY
    0.0481
  • GBP
    2.122
62849

ABŞ-nin 47-ci seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi üçün toplanan ianələr 170 milyon dolları keçib. 

Valyuta.Az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Mərasimin təşkilati işlərini həyata keçirən komitənin 20 yanvar tarixinə qədər 200 milyon dollardan artıq ianə toplayacağı gözlənilir. Rəsmi mənbələrə görə, mərasim xərclərindən artıq qalan vəsait gələcəkdə qurulacaq prezident kitabxanası üçün istifadə olunacaq.  

Prezidentlərin andiçmə mərasimləri üçün toplanan ianələr, adətən, keçid mərasimləri və balo kimi müxtəlif tədbirlərin xərclərini qarşılamaq məqsədilə istifadə olunur.  

Federal Seçki Komissiyasının məlumatlarına əsasən, Trampın andiçmə komitəsi tərəfindən bu günə qədər toplanan ianələr rekord səviyyəyə çatıb. Bu məbləğ, 4 il əvvəl Cozef Baydenin (Joseph Biden) mərasimi üçün toplanan təxminən 62 milyon dollarlıq vəsaitin təxminən 3 qatıdır.  

Qeyd edək ki, 2016-cı ildə Trampın ilk andiçmə mərasimi üçün təxminən 107 milyon dollar məbləğində ianə edilmişdi.  

Texnologiya nəhənglərinin ianələri

Trampın 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərindəki qələbəsindən sonra ABŞ-ın iri texnologiya şirkətləri də andiçmə mərasimi üçün ianə etməyə başlayıb.  

"Amazon", eləcə də "Facebook" və "Instagram" sosial media platformalarının sahibi "Meta" şirkəti ötən ay mərasim fondu üçün 1 milyon dollar məbləğində ianə edib.  

Bundan əlavə, süni intellekt sahəsində fəaliyyət göstərən "OpenAI" şirkətinin baş direktoru Sem Altman da şəxsi vəsaitindən 1 milyon dollar ianə etməyi planlaşdırdığını açıqlayıb.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Diqqətlər Trampın ilk iş günündə: "Bitcoin" və kriptovalyutalar üçün böyük addım atıla bilər"

Diqqətlər Trampın ilk iş günündə: "Bitcoin" və kriptovalyutalar üçün böyük addım atıla bilər"

Analitik: "Kriptovalyuta bazarı istiqraz gəlirlərinin artmasından təsirlənir"

"Chrome" və digər brauzerlərdə təhlükəli zəifliklər aşkarlandı: Necə aradan qaldırmaq olar?

"Rolls-Royce" super varlılar üçün fərdi avtomobillər istehsal edəcək

Məcburi auditdən yayınan şirkət cərimə olunur

Trumpın andiçmə mərasimi üçün rekord məbləğdə ianə toplanıb

London Britaniyanın ən sürətlə qocalan şəhəri oldu - Səbəb nədir?

"Tais İKF" hansı qaydaları pozub?

2025-ci ilin ən yaxşı turizm istiqamətləri açıqlandı (SİYAHI)

2025-ci ilin ən yaxşı turizm istiqamətləri açıqlandı (SİYAHI)

Bu qurumun 1,2 milyonluq tenderi ləğv edildi

Azərbaycan Bolqarıstana qaz tədarükünü dayandırıb - Səbəb?

"Hyundai Motor Group"un 24 trilyon vonluq sərmayə vədi

ABŞ hökumətindən "Nvidia" üçün yeni məhdudiyyətlər - "Bloomberg"

Ağdamla bağlı 24 milyonluq yeni layihə

"Kotirovka kralı" "Ofis.A.M." - 1 ildə 331 satınalma müqaviləsi

Avropanın Rusiyadan "MTQ" idxalı “rekord səviyyədədir” - "The Guardian"

Azərbaycan Dövlət Neft Fondu sığortaçısını dəyişib

Azərbaycanın böyük içki istehsalçısı cərimələnir

Xaricdən kiloqramı 26 manata toxumluq arpa, 46 manata qağıdalı alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Xaricdən kiloqramı 26 manata toxumluq arpa, 46 manata qağıdalı alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

2023 və 2024-cü illərdə temperatur rekordları qırıldı - Qlobal istiləşmə sürətlənirmi?

Azərbaycanın şərab milyonçuları: Bir ildə şirkətindən 12 mln. manat dividend əldə edib

Azərbaycanın şərab milyonçuları: Bir ildə şirkətindən 12 mln. manat dividend əldə edib

Cozef Aun Livanın yeni Prezidenti seçilib

“Kamiloğlu” MMC cərimələnib

Çin lideri iqtisadçının sözlərindən qəzəblənib

“Samsung” və “Apple”a rəqib ucuz Çin texnologiyası - Rəqabət necə davam edəcək?

Zəngilanın Cahangirbəyli kəndi ilə bağlı 18 milyonluq layihə

“BakıKart”ın internet səhifəsi bərpa edilib

“Dogecoin” bir ildə 300% bahalaşıb

Kapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı başladı®

Kapital Bank-ın dollar istiqrazlarına abunə yazılışı başladı®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin