BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7598
  • RUB
    1.5837
  • TRY
    0.0481
  • GBP
    2.122
62820

"Lyft Inc." (NASDAQ:LYFT) səhmləri, "Delta Air Lines"ın onunla əməkdaşlığa son qoyaraq "Uber" ilə yeni müqavilə imzalayacağını elan etməsindən sonra 7,5% dəyərində azalma yaşayıb.

Valyuta.az xəbır verir ki, bazar, "Delta"nın mətbuat açıqlamasında bildirdiyi kimi, "SkyMiles" sadiqlik proqramının yaxın zamanda müştərilərə "Uber" səfərləri və çatdırılmalarından mil qazanmaq imkanı yaradacağı xəbərinə reaksiya verib.

"Delta"nın bu addımı, "Lyft" üçün rəqabət baxımından ciddi zərbə kimi qiymətləndirilir. Şirkət, böyümə strategiyası və gəlir proqnozlarını qarşılamaq qabiliyyətinə təsir edə biləcək mühüm tərəfdaşı itirir.

"Morgan Stanley" analitiki Brayan Novak (Brian Nowak), "Lyft"in üzləşdiyi rəqabət risklərini vurğulayaraq, "Uber"in tərəfdaşlıq mövzusundakı aqressiv yanaşmasının, xüsusilə sərmayəçilərin avtonom idarəetmə texnologiyalarının yaratdığı potensial təhlükələrlə bağlı narahatlıqları fonunda, "Lyft"ə qarşı daha geniş sərmayə strategiyasına işarə edə biləcəyini bildirib.

Novak, "Uber" üçün "overweight" (yüksək qiymətləndirmə) və 95 dollar hədəf qiymətini (HF), "Lyft" üçün isə "equal-weight" (bərabər qiymətləndirmə) və 18 dollar HF-ni qoruyur. O, sektordakı vəziyyəti belə dəyərləndirib:

"Sərmayəçilər 'Uber'in avtonom idarəetmə texnologiyası səbəbilə zəifləyəcəyindən narahat olsa da, 'Lyft'in ABŞ sərnişindaşıma sektorunun təxminən 30%-ni təşkil etdiyini xatırlamaq vacibdir. 'Uber' bu payı növbəti illərdə daha aqressiv sərmayə qoyaraq ələ keçirmək üçün çalışa bilər."

"Delta" ilə tərəfdaşlığın itirilməsi "Lyft" üçün mühüm hadisədir, çünki "Delta" kimi böyük şirkətlərlə əməkdaşlıq sabit müştəri bazası təmin edə bilər və bazar mövqeyinə dair ümumi algıya müsbət təsir göstərə bilər.

Bu inkişaf "Lyft"in yalnız cari fəaliyyətinə deyil, eyni zamanda gələcək böyümə strategiyası və bazar payını qoruma imkanlarına dair suallar doğurur.

Aydın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda sənaye parklarının rezidentlərinin güzəştlər hesabına qənaət etdiyi vəsait açıqlanıb

Yaş limitindən artıq həqiqi hərbi xidmətdə olanların tərxisi ilə bağlı mexanizm hazırlanır

Britaniyanın istiqraz böhranı 1976-cı il borc böhranını xatırladır - ŞƏRH

Səfərbərlik Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib

Şirkət vergi borcun ödəmək üçün vəsait axtarır - Əmlak kompleksini satacaq

İtaliya-Azərbaycan Universiteti üçün bina tikilir - Ünvan açıqlandı

Sabah bəzi yerlərdə külək əsəcək

Ağdam Sənaye Parkına 97 milyon manat investisiya yatırılıb

Giriş haqqını cədvəldə göstəriləndən baha hesabladı, dövlət qurumu cərimələdi

“Bravo”nun vətəndaşları aldatdığı üzə çıxdı - Cərimələndi

Dövlət Xidməti göstərişə əməl etməyən "Kontakt Home”a qarşı tədbir görüb

"Nvidia"dan rəqibi "AMD"-yə 3 əsas problem

"Nvidia"dan rəqibi "AMD"-yə 3 əsas problem

Dövlət Xidməti göstərişə əməl etməyən "Optimal Electronika"ya qarşı tədbir görüb

​Azərbaycanlı olimpiadaçı 400 minlik təqaüd qazandı

İdman Akademiyasında işçilərinin kütləvi ixtisarı ilə bağlı rəsmi açıqlama

Benzinlə işləyən avtomobillər arasında ən etibarlı maşın markası məlum oldu

Sahibkarlığın İnkişafı Fondu maliyyələşdirməni 28% artırıb

"Kriptovalyutaların böyük hissəsi bu səbəbdən yox olacaq" - SEC rəhbəri

"Kriptovalyutaların böyük hissəsi bu səbəbdən yox olacaq" - SEC rəhbəri

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi - 2024

DİM xaricdə təhsil alanlar üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək

Reklamları bloklayan modem təqdim edildi

Avtomobillərlə bağlı bu il bizi hansı tələblər və qiymətlər gözləyir?

Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək?

Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək?

Qazaxıstan taxılının Azərbaycana tədarükü ötən ildə 86% artıb

"Şuşa"nın yerində bu universitet olacaq (FOTO)

Lisenziyasız proqram istifadə edən şirkətlərin nəzərinə: “Məlumatlarınız 3-cü şəxsin əlinə keçə bilər”

Lisenziyasız proqram istifadə edən şirkətlərin nəzərinə: “Məlumatlarınız 3-cü şəxsin əlinə keçə bilər”

Sahibkar 3 ay əvvəl yaratdığı 9,3 milyon manatlıq holdinqi bağlayır

Azərbaycan neftinin qiyməti ucuzlaşdı

Tramp Çinin Panama kanalına nəzarət etməsinə icazə verməyəcəyini bildirib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin