BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7666
  • RUB
    1.5962
  • TRY
    0.0481
  • GBP
    2.1302
62779

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Marsdan torpaq nümunələrinin geri gətirilməsi layihəsi üzərində "SpaceX" və "Blue Origin" kimi özəl şirkətlərlə əməkdaşlıq etməyi düşünür. 

Valyuta.az xəbər verir ki, bunu Amerika Kosmik Agentliyinin rəhbəri Bill Nelson deyib.

Nelson qeyd edib ki, NASA və Avropa Kosmik Agentliyinin (ESA) birgə layihəsi olan Perseverance rover tərəfindən toplanmış Mars qaya nümunələrinin geri qaytarılması 2040-cı illərə qədər mümkünsüz olub və ən azı 11 milyard dollar xərc tələb edəcək. Bu, NASA-nı nümunələri Yerə çatdırmaq üçün alternativ variantlar axtarmağa sövq edib.

Seçimlərdən biri, əvvəllər bir neçə missiyada sübut edilmiş “səma kranı” texnologiyasından istifadə etməkdir. Bu, kiçik NASA eniş aparatını daşıyacaq ESA kosmik gəmisinin Mars orbitinə göndərilməsini nəzərdə tutur. Eniş aparatı planetin səthindən qaya nümunələrini toplayacaq və onları Yerə qaytaracaq ESA kosmik gəmisi ilə birləşmək üçün orbitə qayıdacaq. Belə bir layihənin dəyəri 6,6-7,7 milyard dollar qiymətləndirilir.

İkinci variant torpaq nümunələrinin ESA kosmik gəmisinə çatdırılması üçün ağır eniş aparatının hazırlanmasına özəl şirkətlərin cəlb edilməsidir. Belə bir layihənin dəyəri 5,8-7,1 milyard dollar təşkil edəcək. Nelson "SpaceX" və "Blue Origin" şirkətlərinin bu layihənin həyata keçirilməsində maraqlı olduğunu vurğulasa da, digər şirkətlərin də iştirakını istisna etməyib.

NASA 2035-2039-cu illər arasında Mars süxurlarının nümunələrini Yerə gətirməyi gözləyir.

"Son qərar çox güman ki, 2026-cı ildə veriləcək", deyə Nelson bildirib.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək?

Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək?

Qazaxıstan taxılının Azərbaycana tədarükü ötən ildə 86% artıb

"Şuşa"nın yerində bu universitet olacaq (FOTO)

Lisenziyasız proqram istifadə edən şirkətlərin nəzərinə: “Məlumatlarınız 3-cü şəxsin əlinə keçə bilər”

Lisenziyasız proqram istifadə edən şirkətlərin nəzərinə: “Məlumatlarınız 3-cü şəxsin əlinə keçə bilər”

Sahibkar 3 ay əvvəl yaratdığı 9,3 milyon manatlıq holdinqi bağlayır

Azərbaycan neftinin qiyməti ucuzlaşdı

Tramp Çinin Panama kanalına nəzarət etməsinə icazə verməyəcəyini bildirib

Avro ucuzlaşdı, rubl bahalaşdı - Məzənnə

Dünyanın "ən güclü" pasportları - Gürcüstan 44-cü, Azərbaycan 70-ci pillədə - SƏHƏR OXUSU

Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib

Facebook eBay elanlarını göstərməyə başlayacaq

"Delta" "Uber" ilə ortaq oldu, "Lyft" ucuzlaşdı

Ukrayna-Rusiya qaz marşrutu dayansa, Avropa nə ilə üzləşəcək?

Dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı

İndoneziya "Apple"ın 1 milyard dollarlıq təklifini də rədd etdi

AQTİ yarım milyonluq xidməti avtomobil alacaq

İranın Çinə 25 milyon barellik neft təzyiqi - "Reuters"

Britaniya hökümətinin "Tesla"ya ayırdığı qrantlar - "The Guardian"

İşlənmiş "Rolex"lərin qiyməti 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb

Telejurnalist bankla məhkəmə çəkişməsindən danışdı: “Pulumu vermirlər”

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

Qazaxıstan 3000-dən çox kripto birjasını blokladı

"Şuşa" restoranının sökülməsinə aydınlıq gətirildi - Rəsmi açıqlama

“Kristal” MTK-nın ödənməmiş vergi borcu

Süni intellektin əmək bazarına təsiri - "Dünya İqtisadi Forumu"nun hesabatı

Mərkəzi Bankın "İmic araşdırması" sorğusu təxirə salındı - Tender ləğv edildi

"Micron Technology" 7 milyard dollarlıq zavod tikir

İcra başçısının bacısı xəstəxananın vergi borcunu bağladı

Ağdamda Mərkəzi parkın tikintisinə 8,7 milyon manat xərclənəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin