Dünya
08.01.2025 / 22:10
İşlənmiş "Rolex"lərin qiyməti 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb
62778
2024-cü ilin sonunda işlənmiş "Rolex", "Patek Philippe" və "Audemars Piguet" saatlarının ən populyar modellərinin qiyməti 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Valyuta.az xəbər verir ki, "Bloomberg" agentliyi yazır.
Agentliyin məlumatına görə, 2024-cü ildə "Rolex" modellərinin qiyməti təxminən 5%, "Patek" 4%, "Audemars Piguet" qiymətləri isə 7,5% ucuzlaşıb. Ən çox satılan 50 modelin qiymətlərini izləyən "Bloomberg Subdial Watch" indeksi üç il ərzində təxminən 6% azalıb.
Dəyərin azalması iqtisadi artımın yavaşlaması və faiz dərəcələrinin artması ilə əlaqələndirilib. Agentliyin qeyd etdiyi kimi, bu saatların qiymətlərində eniş 2022-ci ildən başlayıb.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay