Çin ABŞ-ı iki şirkətə qarşı sanksiyaları dərhal ləğv etməyə çağırdı
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib ki, Pekin ABŞ-ı "Tencent" və CATL şirkətlərinə qarşı sanksiyaları dərhal ləğv etməyə çağırıb.
Valyuta.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
"Biz ABŞ-ı səhv hərəkətlərini dərhal düzəltməyə və Çin şirkətlərinə qarşı qeyri-qanuni birtərəfli sanksiyaları dərhal ləğv etməyə çağırırıq", deyə rəsmi bildirib.
O, həmçinin əlavə edib ki, Pekin Çin şirkətlərinin hüquq və maraqlarını qorumaq üçün tədbirlər görəcək.
ABŞ Müdafiə Nazirliyi texnologiya nəhəngi "Tencent" və litium-ion batareya istehsalçısı CATL-nin Çin hərbi sənayesi ilə mümkün əlaqələrə görə sanksiya siyahısında olduğunu bildirib.
Bundan əvvəl Çinin Vaşinqtondakı səfirliyinin rəsmi nümayəndəsi Liu Penqyu Pekindən gələn kiberhücumlarla bağlı ittihamları şərh edərək, Amerikanın informasiya texnologiyaları ilə bağlı Çin şirkətlərinə qarşı sanksiyalarının əsassız olduğunu bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay