Bayden 14,9 milyard dollarlıq satışı əngəllədi
ABŞ prezidenti Co Bayden qara metallurgiya sahəsində ikinci ən böyük Amerika firması "U.S. Steel"in Yaponiyanın "Nippon Steel" şirkətinə 14,9 milyard dollara satışını rəsmi şəkildə dayandırmaq qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” məlumatlı həmsöhbətinə istinadən məlumat yayıb.
Eyni zamanda agentliyin mənbəsi belə bir qərarın səbəbini açıqlamayıb. Ağ Ev və "Nippon Steel"in sözçüləri bu xəbəri şərh etməkdən imtina ediblər.
Cümə axşamı "U.S. Steel" "Reuters" agentliyinə bir bəyanat göndərərək, Baydenin ABŞ-ın milli və iqtisadi təhlükəsizliyini açıq şəkildə gücləndirən bir əməliyyatı təsdiq edərək doğru şeyi edəcəyinə və qanuna əməl edəcəyinə ümid etdiyini ifadə edib.
Bayden daha əvvəl "U.S. Steel"in yerli mülkiyyətə sahib olmasını və idarə olunmasını istədiyini bildirib, seçilmiş prezident Donald Tramp isə yanvar ayında vəzifəyə gəldikdən sonra müqavilənin qarşısını alacağına söz verib.
Qeyd olunur ki, Yaponiya şirkəti ABŞ-ın qara metallurgiya sahəsində ikinci ən böyük şirkətinin alınması üçün 14,9 milyard dollar təklif edib.
Keçən ilin noyabrında Yaponiyanın baş naziri Şigeru İşiba Baydeni iki ölkə arasında əlaqələri gücləndirmək səylərini pozmamaq üçün sazişi təsdiqləməyə çağırmışdı.
Yaponiya ABŞ-ın ən böyük investoru və Şimali Koreyadan gələn təhdidlərlə yanaşı, Çinin iqtisadi və hərbi inkişafının Vaşinqtonu narahat etdiyi Hind-Sakit okean regionunda əsas müttəfiqdir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay