BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7676
  • RUB
    1.6798
  • TRY
    0.0482
  • GBP
    2.1318
62104

"Amazon"un qurucusu Ceff Bezosun ABŞ-ın Mayami şəhərində yerləşən və "milyarderlər sığınacağı" kimi tanınan İndian Creek adasına köçməsindən sonra 1 milyard dollar vergi qənaəti etdiyi məlum olub.

Valyuta.az xəbər verir ki, dünyanın ikinci ən zəngin adamı olan Ceff Bezos 2023-cü ildə uzun illər yaşadığı Vaşinqton ştatından Floridaya köçməsi ilə diqqət mərkəzinə düşüb. 

"Bloomberg Milyarderlər İndeksi"nə əsasən, 248 milyard dollarlıq sərvətə sahib olan Bezos Mayami şəhərində yerləşən İndian Creek adasında 250 milyon dollar sərmayə ilə üç mülk alıb.

Bezos jurnalistlərə verdiyi açıqlamada sahibi olduğu "Blue Origin" kosmik daşınma şirkətinin fəaliyyətlərinə yaxın olmaq məqsədilə bu qərarı verdiyini bildirib. Lakin maliyyə mütəxəssisləri onun bu addımı maliyyə səbəbləri ilə də əlaqələndirmiş ola biləcəyini qeyd edirlər. 

"Forbes"in məlumatına görə, Bezos Mayamiyə köçdüyündən bəri 13,6 milyard dollar dəyərində "Amazon" səhmi satıb. Əgər Bezos bu səhmləri Vaşinqton ştatında satmış olsaydı, gəlir və kapital vergisi ödəməli olacaqdı. Ekspertlər bu satışdan yaranan vergi məbləğinin 1 milyard dollara yaxın ola biləcəyini bildirirlər.

Floridada isə belə bir vergi mövcud deyil. Bununla da Bezos Floridada 250 milyon dollar dəyərində əmlak sərmayəsi qoyaraq, ümumilikdə 750 milyon dollar qazanc əldə edib.

Mayami şəhərinin mərkəzinə yaxın yerləşən və "milyarderlər sığınacağı" kimi tanınan İndian Creek Village özəl bir adadır. Adaya yalnız Polis Departamentinin nəzarət etdiyi körpü vasitəsilə giriş mümkündür. Bundan başqa, adanın ətrafında sahil mühafizə gəmiləri patrul edir. Bezosun köçməsindən əvvəl belə İndian Creek Village Tom Bredi, İvanka Tramp və Karl Aykan kimi məşhur milyarderlərə ev sahibliyi edirdi. Hətta Qətər əmirinin belə adada mülkə sahib olduğu deyilir. Adada cəmi 40 ev və 89 sakin var.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2 sığorta agentinin lisenziyası ləğv edilib

Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək

Təyyarə qəzasında yaralananların xəstəxanada hansı şöbələrə yerləşdirildiyi məlum olub

Qazaxıstan FHN: Aktau yaxınlığındakı təyyarə qəzasında həlak olan 7 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Xaricdən pul köçürmələri 31%-dən çox azalıb

Ötən ay 150 milyon manata yaxın istehlak krediti verilib

Təyyarə qəzasında sağ qalan sərnişinlərdən 12-si bu gün Azərbaycana gətirilir

“Göyərtədə uçuşa mane olacaq heç bir qüsur aşkar edilməyib” - “Embraer”

Qəzaya uğrayan təyyarənin sərnişinlərindən 6-sı reanimasiyadadır - RƏSMİ

Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları öz ölkəsinə aparılıblar

Qızıl və gümüşün qiyməti artır

2025-ci il üçün fond bazarının proqnozu - Ekspertlər nə düşünür?

2025-ci il üçün fond bazarının proqnozu - Ekspertlər nə düşünür?

Avro və lirə ucuzlaşdı - Məzənnə

Məşhur analitiklərin 2024-cü il üçün "Bitcoin" proqnozları nə qədər dəqiq olub?

Plan qurmayıb, “İşləri çatdıra bilmirəm” deyənlər... -SƏHƏR OXUSU

Ali Məhkəmənin binası təmir olunacaq - Ayrılan vəsait

Bu gün Azərbaycanda matəm günüdür

"KDV Azərbaycan" cərimələnir

2025-ci ildə Avropada turist axını gözlənilən üç az tanınan şəhər

"ATLANTİS-2018 GLOBAL"a protokol tərtib edilib

"Milyarderlər sığınacağı"na köçdü, 1 milyard dollar vergiyə qənaət etdi

"Almet Holding" məhkəmə qarşısında

"Mars-A" gömrük bəyannaməsi təqdim etməyib?

"QIZIL ULDUZ 2001" məhkəmə qarşısında

Avropanın enerji böhranı və azalan ehtiyatları

İcra hakimiyyətinin 2,4 milyonluq iki tenderi ləğv edildi

AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutusu” tapıldı

"De Beers" şirkəti milyardlarla dollarlıq almaz ehtiyatlarını sata bilmir

Təyyarə qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyasının iclası keçirilib - Müvafiq tapşırıqlar verildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin