Avropanın enerji böhranı və azalan ehtiyatları
Bu il Avropa yeni bir təbii qaz böhranı ilə üz-üzə qala bilər.
Valyuta.Az xəbər verir ki, anbarlardakı qazın miqdarı sentyabrdan dekabrın ortasına qədər olan müddətdə 20 faiz azalıb. Təsisatlardakı qazın miqdarı, üç il əvvəlki enerji böhranından bəri ən sürətli şəkildə azalma göstərir.
Avropa anbarlarında olan qaz səviyyəsi hazırda təxminən 75 faizdir. Ötən ilin dekabr ayında bu göstərici 90 faiz təşkil edirdi.
Keçən il həm havaların isti keçməsi, həm də qiymətlərin yüksək olması səbəbindən tələbat azalmış, anbarlardakı qazın miqdarı yüksək qalmışdı. Bu il isə həm havaların daha soyuq keçməsi, həm də qaz idxalının azalması tələbatı artırır.
Rusiya ilə Ukrayna arasındakı tranzit qaz müqaviləsi 31 dekabrda başa çatacaq. Ukrayna, Rusiyadan Avropaya gedən qazın keçidinə icazə verməyəcəyini bəyan edib.
Bu vəziyyət qaz qiymətlərinin artmasına səbəb ola bilər. Digər tərəfdən, istehlakın sürətli şəkildə davam etməsi gələn yay anbarların doldurulmasını da çətinləşdirə bilər.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay