Almaniya Ukraynaya 37 milyard avro yardım edib - Avropada lider...
Almaniyanın Ukraynaya ümumi yardımı 37 milyard avro təşkil edir ki, bu da Avropa dövlətləri arasında ən böyük dəstəkdir.
Valyuta.az xəbər verir ki, bunu baş nazir Denis Şmıqal 7-ci Almaniya-Ukrayna biznes forumunda deyib.
"Almaniyanın Ukraynaya ümumi yardımı 37 milyard avro təşkil edir ki, bu da bütün Avropa dövlətləri arasında ən böyükdür. Biz bunu yüksək qiymətləndiririk. Biz Almaniya hökumətinə Ukrayna bazarında biznes əməliyyatları üçün investisiya və ixrac zəmanətləri üzrə dövlət proqramlarına görə təşəkkür edirik", deyə Ukrayna hökumətinin başçısı bildirib.
Onun sözlərinə görə, Almaniyanın Ukraynadakı layihələri üçün ümumilikdə 382 milyon avroya yaxın 53 investisiya təminatı artıq verilib:
"Mən bunu vurğulamaq istəyirəm ki, malman investorları üçün 53 investisiya zəmanəti verilib. Bu, alman biznesinin tələb etdiyi çox vacib məqamdır. Almaniya hökuməti isə bu addımı alman biznesini dəstəkləmək üçün atıb".
Şmıqal alman biznesinə Ukraynanı dəstəklədiyinə görə təşəkkür edib və qeyd edib ki, müharibə başlayandan sonra Ukrayna bazarından bir alman şirkəti də çıxmayıb. O əlavə edib ki, onlarla alman şirkəti Ukraynaya sərmayə qoymağa davam edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay