BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
60713

Cənubi Koreyanın ən böyük həmkarlar ittifaqları konfederasiyası - "Koreya Həmkarlar İttifaqları Konfederasiyası" (KCTU) - veb saytında prezident Yun Suk Yolun istefasını tələb edərək müddətsiz ümummilli tətil elan etdiyini açıqlayıb.

Valyuta.Az xəbər verir ki, bəyanata görə, "KCTU" 4 dekabrdan "müddətsiz ümumi tətil"ə qoşulur və prezident administrasiyasının tam tərkibdə istefasını tələb edir. Bu tələb ölkədə hərbi vəziyyət elan olunmasına reaksiya kimi ortaya çıxıb.  

Eyni zamanda, "KORAIL"in işçiləri maaş artımı tələbi ilə 5 dekabrdan müddətsiz tətilə çıxacaq. Bu tədbir hərbi vəziyyət elan edilməzdən əvvəl planlaşdırılsa da, artıq ölkə paytaxtında genişmiqyaslı etiraz aksiyaları keçirilir.  

Ölkə parlamenti prezidentin 45 ildən sonra ilk dəfə tətbiq etdiyi hərbi vəziyyət rejimini ləğv etmək üçün səs verib. Hərbi vəziyyət yalnız təxminən altı saat qüvvədə olub.  

Prezident Yun Suk Yol çərşənbə axşamı "fövqəladə hərbi vəziyyət" elan edərək bunun parlamentdə çoxluğa sahib olan müxalifətin icra hakimiyyətini iflic etməyə çalışdığına cavab olduğunu deyib. Prezidentin sözlərinə görə, bu addım "Şimala meyilli elementlərlə mübarizə" və konstitusiya nizamını qorumaq məqsədilə atılıb. O, həmçinin müxalifətin hökumət büdcəsi layihəsini qəbul etməməsini tənqid edib.  

Bir sıra dövlət qurumları fövqəladə toplantılar keçirmək üçün işçi heyətlərini çağırıb. Ölkənin əsas müxalifət lideri və Demokratik Partiyanın sədri Li Cae Myonq (Lee Jae-myung) prezidentin qərarını qeyri-konstitusion adlandırıb. Partiya öz üzvlərini parlamentə toplasa da, bina polis tərəfindən mühasirəyə alınıb. Daha sonra parlamentin sədri Vu Von Şik (Woo Won-shik) prezidentin hərbi vəziyyət elan etmək qərarını qanunsuz və etibarsız elan edərək ləğv edib.

Qeyd edək ki, artıq müxalifət prezidentin impiçmentini tələb edən qanun layihəsini təqdim edib. Qaydalara əsasən, qanun layihəsinə səsvermə onun plenar iclasda müzakirəyə çıxarılmasından sonra 24-72 saat ərzində keçirilməlidir. Plenar iclasın 5 dekabrda baş tutacağı gözlənilir. Bu, Cənubi Koreya prezidentinin impiçmentinə dair qərarın 6 və ya 7 dekabrda verilə biləcəyini göstərir.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

QHT-lərə yeni cərimələr tətbiq olunacaq

İxracdan əldə olunan külli miqdarda pulu ölkəyə qaytarmayan daha bir qrup şəxs saxlanılıb

Alkoqollu içkiləri müəyyən edilmiş minimum qiymətdən aşağı satanlar 2 min manatadək cərimələnəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin