"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək
"Heineken NV" Dubayda (BƏƏ) Niderland şirkəti və "Emirates Group" arasında birgə müəssisə olan "Sirocco" tərəfindən idarə olunacaq böyük pivə zavodunun tikintisini elan edib.
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.
Agentlik qeyd edək ki, bu, alkoqollu içkilərin satışı və istehlakı ilə bağlı məhdudiyyətlərin olduğu Körfəz regionunda (Dubay Fars Körfəzinin sahilində yerləşir-red.) ilk böyük pivə zavodu olacaq.
Zavodun tikintisinə 2025-ci ilin ikinci yarısında başlanması və 2027-ci ildə başa çatması planlaşdırılır. Zavodda "Heineken", "Kingfisher", "Amstel", "Birra Moretti" və digər brendlərin pivəsi istehsal olunacaq. "Sirocco" BƏƏ-ni 20 ilə yaxındır ki, spirtlə təmin edir və şirkətin qeyd etdiyi kimi, pivə zavodunun işə salınması hər il 17 milyon turistin ziyarət etdiyi bazarda pivəyə artan tələbatın ödənilməsinə kömək edəcək.
Dubay hakimiyyəti turizmin artması ilə əlaqədar son iyirmi ildə spirtli içkilərin istehlakı və satışına qoyulan məhdudiyyətləri tədricən yüngülləşdirib. Səlahiyyətlilər bu yaxınlarda 30 faizlik satış vergisini və lisenziya haqqını ləğv edib, bu da istehlakçıların alkoqol almasını asanlaşdırıb, baxmayaraq ki, müsəlmanlara satış ciddi şəkildə məhdudlaşdırılıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay