Səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza
ABŞ-ın Nyu Meksiko ştatında yerləşən, kişi sağlamlığı üzrə fəaliyyət göstərən "NuMale" adlı klinika xəstəyə səhv müalicə tətbiq etdiyi iddiasıyla 412 milyon dollardan çox təzminat ödəmək məcburiyyətində qalıb.
Valyuta.az xəbər verir ki, 2017-ci ildə "yorğunluq" şikayəti ilə klinikaya müraciət edən bir şəxsin iddiası əsasında başlanan məhkəmə prosesində münsiflər heyəti qərarını elan edib.
Klinikanın "aldadıcı və səhlənkar" davranışlarının zərərə səbəb olduğunu bildirən münsiflər heyətinin qərarına əsasən, "NuMale" şirkəti zərərçəkənə 412 milyon dollardan çox təzminat ödəməli olacaq.
İddiaçının vəkillərindən Nik Rouli klinikanın yaşlı insanları aldadaraq milyonlar qazanmaq üçün saxta plan qurduğunu iddia edib.
Vəkillər əlavə olaraq müəyyən ediləcək ödənişlər ilə təzminat məbləğinin ABŞ-da tibbi səhvlə bağlı indiyə qədər verilmiş ən böyük məbləğ ola biləcəyini vurğulayıblar.
Qeyd edək ki, 2017-ci ildə "yorğunluq" şikayəti ilə "NuMale" klinikasına müraciət edən zərərçəkənə "invaziv erektil disfunksiya" müalicəsi tətbiq edilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay